17 yanvar 2018-ci il tarixdə Caspian European Club-un ekspert şurasının qapalı iclası keçiriləcək. Bu barədə Caspian European Club-un baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib.
Onun sözlərinə görə, toplantıda müəyyən instansiyalara göndəriləcək vergi, gömrük, bank və sığorta sahələri ilə bağlı təkliflər paketi müzakirə ediləcək və təsdiqlənəcək. Mustafa Abbasbəyli qeyd edib ki, Caspian European Club-un ekspert şurası beynəlxalq təcrübəni nəzərə alaraq Klubun üzv şirkətləri ilə birgə Azərbaycanda sahibkarlığın inkişafı və tənzimləyici dövlət orqanlarının müdaxilələrinin aradan qaldırılması üzrə müntəzəm təkliflər hazırlayır.
O həmçinin xatırladıb ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri cənab İlham Əliyevə tənzimləyici dövlət orqanları tərəfindən özəl sektor şirkətlərində aparılan yoxlamaların dayandırılmasının daha iki il müddətinə uzadılması təklifinə baxmaq xahişinin əks olunduğu məktub ünvanlanıb.
“Biz Azərbaycanda sahibkarlıq fəaliyyətinin yoxlanılmasının ilə bağlı moratoriyanın müddətinin 2021-ci il yanvarın 1-dək uzadıldığı üçün cənab Prezidentə minnətdarıq”, - deyə M.abbasbəyli qeyd edib.
“Əvvəllər hesabatları və təkliflər paketini cənab Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya ildə iki dəfə təqdim edirdik. İndi ölkədə həyata keçirilən islahatlarla əlaqədar hesabatların dövriliyi artıb. Hesabatlar və təkliflər paketi iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və dövlət qurumlarının özəl sektorun fəaliyyətinə müdaxilələri ilə bağlı real vəziyyəti əks etdirir”, - deyə o söyləyib.
“Təkliflərimizin böyük hissəsi qəbul edildiyi üçün minnətdarıq. Bu, Caspian European Club-un ekspert şurasının fəaliyyətinin səmərəliliyindən xəbər verir”, -deyə Musatafa Abbasbəyli qeyd edib.
Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidemti Zati-aliləri cənab İlham Əliyevdir.
Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı cəmləyən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət