2017-ci ildə Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 15 mlrd. 550,8 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 2,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2017-ci ildə kapital qoyuluşlarının ümumi həcmindən 11 mlrd. 868,1 mln. manat (bütün investisiyaların 76,3%-i) istehsalat təyinatlı obyektlərin, 2 mlrd. 791,7 mln. manat (bütün investisiyaların 18%-i) xidmət obyektlərinin, 891 mln. manat (bütün investisiyaların 5,7%-i) yaşayış evlərinin inşasına yönəldilib.
Hesabat dövründə əsas kapitala xarici investisiyaların həcmi 8 mlrd. 607,4 mln. manat (bütün investisiyaların 55,4%-i), daxili investisiyaların həcmi 6 mlrd. 943,4 mln. manat (bütün investisiyaların 44,6%-i) təşkil edib.
Ötən il neft sektoruna kapital qoyuluşları 8 mlrd. 448,6 mln. manat (bütün investisiyaların 54,3%-i), qeyri-neft sektoruna kapital qoyuluşları 7 mlrd. 102,2 mln. manat (bütün investisiyaların 45,7%-i) təşkil edib.
Qeyd olunan dövrdə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 11 mlrd. 445,3 mln. manat və ya bütün kapital qoyuluşlarının 73,6%-ni təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət