2017-ci ildə SOCAR-ın Qaz İxrac İdarəsi elektrik stansiyalarının yanacaqla təminatı məqsədilə “Azərenerji” ASC-yə 4 mlrd. 725 mln. kubmetr qaz verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ildə Qİİ elektrik stansiyalarının təminatı üçün “Azərenerji”yə 4 mlrd. 296 mln. kubmetr qaz verib. Beləliklə, 2017-ci ildə elektik enerjisinin istehsalı üçün verilən qazın həcmi 9,9% artıb.
SOCAR-ın məlumatına əsasən, ötən il Qİİ-nin maqistral qaz kəmərləri sisteminə 14 mlrd. 838 mln. kubmetr qaz (artım 3,7%), həmçinin AÇG blokundan 2 mlrd. 896 mln. kubmetr qaz, quru yataqları işlənən əməliyyat şirkətlərindən 313 mln. kubmetr qaz, “Azneft” İB-dən 6 mlrd. 708 mln. kubmetr qaz, qalan həcm digər mənbələrdən daxil olub.
“Qəbul edilən qazın ümumi həcmindən 5 mlrd. 813 mln. kubmetri “Azəriqaz” İB-yə (azalma 0,6%), qalan həcmi digət istehlak mənbələri arasında bölüşdürülüb”, - SOCAR-dan qeyd ediblər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət