Global Energy Solutions (Glensol) şirkəti Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda elektrik avadanlıqları və nəzarət-ölçü cihazlarına xidmətin göstərilməsi üzrə BP Azərbaycan şirkəti üçün növbəti layihəyə başlayır.
Glensol tərəfindən göstərilən xidmətlər Səngəçal terminalını, Bakı-Tbilisi-Ceyhan and Bakı-Supsa neft ixrac kəmərlərini, eləcə də BP şirkətinin dənizdə yerləşən 7 platformasını əhatə edəcək. Layihə elektrik avadanlıqlarının və nəzarət-ölçü cihazlarının fasiləsiz istimar müddətinin maksimum səviyyəyə çatdırılması və fəaliyyət dövrünün optimallaşdırılması üçün müxtəlif işlərin icrasını, texniki xidmətin göstərilməsini, quraşdırma, istismara vermə, modifikasiya, inspeksiya işlərini nəzərə tutur. Layihə 3 il müddətində, əlavə 2 il uzadılma imkanı nəzərdə tutulmaqla, həyata keçiriləcək.
“Son iki il ərzində BP şirkəti üçün ikinci iri layihəni əldə etməklə Glensol regionda öz sahəsində ən yaxşı yerli şirkətlər sırasında olduğunu təsdiq etmişdir” – deyə Glensol şirkətinin Baş Direktoru Tamerlan Əliyev qeyd etdi. “Hazırda biz həmçinin xarici bazarlarda işgüzar fəaliyyətimiz üzərində çalışırıq, xüsusilə Qazaxstanda başladığımız fəaliyyət yerli iş təcrübəmizi xarici bazarda nümayiş etdirmək imkanı verəcək. Biz, ölkəmizi beynəlxalq səviyyədə təmsil edərək, beynəlxalq səviyyəli xidmətlərin göstərilməsində ön sıralarda olmağımızla fəxr edirik” – deyərək Tamerlan Əliyev öz fikrini tamamladı.
2012-ci ildə Nobel Oil Services şirkətinin törəməsi kimi yaradılan Glensol neft-mədən əməliyyatları və avadanlıqlara texniki xidmətin göstərilməsi üzrə ixtisaslaşır. Glensol avadanlıqların bütövlüyünün idarə edilməsi, istismar etibarlılığının təmin edilməsi, turbinlərə, klapanlara, nasoslara texniki qulluq və təmir xidmətlərini göstərir. SOCAR, BP və digər böyük şirkətlər onun müştəriləri sırasındadır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət