“S&P Global Ratings” Azərbaycan hökumətinin “Azərenerji” ilə bağlı dövlət strategiyasını, şirkətin göstəricilərini və planlarını təhlil edir. Bu barədə agentliyin məlumatında deyilir.
“S&P Global Ratings” bildirib ki, Azərbaycanla bağlı yeni reytinq hərəkəti “Azərenerji” ASC-nin kredit reytinqlərinə (ВВ/Neqativ/В), eləcə də onların dəyişməsi ilə bağlı proqnoza bilavasitə təsir göstərmir.
"Hazırda biz “Azərenerji” ilə bağlı dövlət strategiyasını, həmçinin şirkətin göstəricilərini və planlarını təhlil edirik. Biz “Azərenerji”nin kredit reytinqinin qısa əsaslandırılmasını gələn ay dərc etməyi planlaşdırırıq", - deyə məlumatda qeyd olunur.
S&P qeyd edir ki, "Azərenerji" dövlətlə bağlı təşkilatdır və ona dövlət dəstəyinin göstərilmə ehtimalı böyükdür ki, bu da şirkətin borcu üzrə dövlət zəmanətinin olması və keçmişdə bu cür dəstəyin göstərilməsi təcrübəsinin olması ilə şərtlənib. "Eyni zamanda, biz “Azərenerji”nin reytinqlərini Azərbaycanın reytinqlərinə bərabər tutmuruq və şirkətin uzunmüddətli reytinqi əvvəlki kimi uzunmüddətli suveren reytinqdən bir pillə aşağıdır. Biz Azərbaycanın və “Azərenerji”nin kredit ödəmə qabiliyyəti arasındakı fərqin böyük olduğunu qeyd edirik", - deyə məlumatda vurğulanır.
Agentlik qeyd edir ki, hökumət borc öhdəlikləri üzrə cari ödənişlər üçün “Azərenerji”yə maliyyə vəsaiti ayırsa da, şirkətin uzunmüddətli perspektivdə maliyyə vəziyyətinin yaxşılaşmasına yönəlmiş strategiya yoxdur. "Əgər şirkətə öz resursları hesabına borc öhdəlikləri üzrə ödəniş etməyə imkan verən tədbirlər görülməsə və biz uzunmüddətli perspektivdə şirkətin borclarının ödənilməsi üçün hökumətin tələb olunan maliyyə vəsaitini tam həcmdə ayırmağa hazırlıq səviyyəsinin aşağı düşməsi qənaətinə gəlsək, hətta suveren reytinqdə hər hansı dəyişiklik olmadığı halda belə “Azərenerji”nin reytinqləri təzyiq altında ola bilər.*
A.Əzizov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət