Caspian European Clubbu gün (30 yanvar) Bakıda birinci CEO Breakfast Baku keçirib
Fəxri qonaq qismində CEO Breakfast Baku-da Avropa Komissiyasının Nəqliyyat və mobillik üzrə baş direktorluğunun (DG MOVE) rəhbəri Henrik Hololey iştirak edib. O, CEO Breakfast Baku-nun qonaqlarını salamlayaraq deyib: “Azərbaycan Avropa ailəsinin üzvüdür. Buna görə də Avropa İttifaqı ilə daha dərin əlaqələrin təmin edilməsi bizim üçün çox vacibdir. Yalnız bu halda bütün müəssisələrin tam potensialını aça və vətəndaşlarımızı daha da yaxınlaşdıra bilərik. Biz bunuAzərbaycanın Avropa İttifaqının Trans-Avropa şəbəkələrinin bir hissəsinə çevrilməsinə imkan yaradacaqəsaslı aviasiya razılaşması vəsıx dəniz əməkdaşlığı vasitəsilə həyata keçirməkdə qətiyyətliyik”.
Caspian European Club-un baş icraçı direktoru Mustafa Abbasbəyli fəxri qonağa təşəkkür edərək, bu gündən etibarən CEO Breakfast Baku-nun hər ay keçiriləcəyini bildirib. “CEO Breakfast formatlı tədbirlərdə Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri ilə təkcə Azərbaycanı deyil, həm də başqa ölkələrin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri arasında qeyri-rəsmi ünsiyyət təşkil olunacaq”, - deyə o, çıxışına davam edib.
Mustafa Abbasbəyli əlavə edib ki, bu tədbirlər sahibkarların üzləşdikləri problemlərin, ölkənin müxtəlif regionlarında biznesin tətbiqi məsələlərinin və iqtisadiyyatın müxtəlif sahələrində qeyri-rəsmi şəraitdə əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərin müzakirəsinə xidmət edir.
Caspian European Club-un sədrinin birinci müavini Telman Əliyev Caspian European Club-un Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradıldığını xatırladıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına xidmət edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Tədbirdə Caspian European Club-un idarə heyətinin üzvləri, top-menecerlər, nəhəng nəqliyyat şirkətlərinin rəhbərləri və Caspian European Club-un üzvləri iştirak ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət