"Azərbaycan Hava Yolları" (AZAL) Bakı–Tel-Əviv–Bakı istiqamətində uçuşlar üzrə yeni aksiya elan edir.
Göstərilən istiqamət üzrə reyslərə 28 fevral 2018-ci il tarixinə kimi aviabilet aldıqda aviabiletin qiyməti 299 avro, əks istiqamətdə isə (Tel-Əviv–Bakı–Tel-Əviv) 299 dollar təşkil edəcək. Aksiya çərçivəsində uçuş tarixləri: 2018-ci il fevralın 3-dən martın 3-dək. Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur.
Aviabiletin qiymətinə baqajın (1 yer 23 kq-a kimi), əl yükünün (10 kq-a kimi, 55*40*23 sm ölçülərində) pulsuz daşınması və təyyarə göyərtəsində isti yemək daxildir.
Təl-Əviv İsrailin mədəni və işgüzar mərkəzidir. O, xeyli sayda restoranlar, ticarət mərkəzləri və gecə klublarının yerləşdiyi müasir canlı şəhərdir. Bu şəhər Aralıq Dənizini yuyan öz gözəl qumlu çimərlikləri ilə məşhurdur. Piyada dənizkənarı bulvar ilə bir çox görməli yerlərin yerləşdiyi Yaffa liman şəhərinə gedib çıxmaq olar.
AZAL-ın Bakıdan Tel-Əvivə reysləri həftədə iki dəfə Airbus A319 və A320 sərnişin təyyarələri ilə həyata keçirilir.
Endirimli aviabiletləri uçuşa azı 72 saat qalmış AZAL-ın kassalarında,www.azal.azsaytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.
AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir:www.miles.azal.azProqram iştirakçısı olmayan şəxsləraşağıdakı linkdəonlayn qeydiyyatdan keçə bilərhttp://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=az
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələriilə əlaqə saxlaya bilərsiniz:
(+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.
E-mail:callcenter@azal.az
AZAL Miles bonus proqramı ilə bağlı sualları yaazalmiles@azal.azemail ünvanına və yawww.azal.azsaytındakı əlaqə forması vasitəsilə göndərmək olar.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət