“Tecnimont/Kinetics Technology” Alyansı (İtaliyanın “Maire Tecnimont S.p.A.” şirkətlər qrupunun törəməsi) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yenidənqurma və modernizasiya layihəsi çərçivəsində SOCAR-ın podratçısı olub. Bu barədə SOCAR-dan məlumat verilir.
Cümə axşamı Bakıda “Tecnimont/Kinetics Technology” ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yeni qurğuların tikintisi üzrə müqavilə imzalayıb.
Müqavilə zavodun ərazisində 10 istehsal qurğusunun tikintisini nəzərdə tutur.
SOCAR-ın məlumatına görə, “Tecnimont/Kinetics Technology” Alyansı 2017-ci ilin fevral ayında 5 beynəlxalq şirkətin iştirakı ilə keçirilən müvafiq tenderin qalibi olub.
Xəbər verildiyi kimi, NEZ-da yenidənqurma işləri əsasən iki istiqamət üzrə həyata keçirilir: yeni qurğuların inşası və mövcud əsas qurğuların və ümumi zavod təsərrüfatının (ÜZT) rekonstruksiyası. 2017-ci ilin dekabr ayında İspaniyanın Tecnicas Reunidas (TR) şirkəti Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) qurğuların rekonstruksiyası üzrə podratçısı olub.
NEZ-da yenidənqurma işlərinin 3 mərhələdə həyata keçirilməsi və 14 yeni qurğunun inşası nəzərdə tutulub. Birinci mərhələ üzrə 2018-ci ildə yeni Bitum qurğusu və müvafiq ümumi zavod təsərrüfatı qurğularının, eləcə də yeni maye-qaz doldurma məntəqəsi tikilib istismara veriləcək.
İkinci mərhələdə 2020-ci ilin sonunadək “Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işlərinin icrası nəzərdə tutulur.
Üçüncü mərhələdə isə 2021-ci ilin əvvəlinədək “Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və rekonstruksiya işlərinin aparılması planlaşdırılır.
Aparılacaq işlər nəticəsində zavodun illik emal gücü indiki 6 mln. tondan 7,5 mln. tona qədər çatdırılacaq, istehsal olunan benzinlərin və dizel yanacağının keyfiyyət göstəriciləri “Avro-5” standartına cavab verəcək, həmçinin bazarın tələbatına uyğun olaraq zavodda A-92/95/98 markalı benzinlərin istehsalı təmin ediləcək.
Layihənin həyata keçirilməsi nəticəsində Heydər Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılması və keçmiş “Azərneftyağ” NEZ-in infrastrukturunun tam olaraq istismardan çıxarılması nəzərdə tutulur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət