“İlin ən yaxşı mobil operatoru” adına layiq görülməsinin səbəbi kimi “Nar”-ın dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsi göstərilir.
Mükafatı qəbul edən “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke öz çıxışında müasir texnologiyalar və davamlı sərmayələr sayəsində “Nar” operatorunun hər bir istifadəçiyə əlverişli qiymətə yüksəkkeyfiyyətli xidmətlər təklif etdiyini vurğulayıb.
“Müasir texnologiyaları tətbiq etməklə və davamlı sərmayə yatırmaqla “Nar” sərfəli qiymətə keyfiyyətli xidmətlər təklif edir. Öz biznes strategiyamızı təkmilləşdirməklə şirkətimizin məhsuldarlığını yüksəltdik. Eyni zamanda, hər bir kəsin asanlıqla yararlana biləcəyi sadə təkliflər irəli sürdük. Nəticə etibarilə, “Nar” artıq xalqın seçimi olan bir brendə çevrilməkdədir. Müştəriləri və tərəfdaşlarının düşüncələrinə önəm verən bir şirkət olaraq aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”, - deyə cənab Panke qeyd edib.
Qeyd edək ki, “Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırmış, bölgələrdə LTE şəbəkəsini yaradıb, “HD Voice” (High Definition) xidmətini tətbiq edib, Bakı metropolitenini də əhatə edən yüksəksürətli mobil internet şəbəkəsi yaradıb. 2017-ci ilin son rübündə “Nar” şəbəkəsi “P3 Communications” tərəfindən aparılan müstəqil şəbəkə sınaqları nəticəsində ölkədə “mobil zənglər üçün ən yaxşı şəbəkə” olaraq göstərildi.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət