AccessBank tərəfindən 2017-ci ilin noyabrın 27-dən 2018-ci ilin yanvarın 31-dək keçirilən "Hər tərəfdən sərfəli!" kampaniyasının qalibləri müəyyənləşib. Mükafatlandırma bu gün bankın baş ofisində baş tutub.
Kampaniya çərçivəsində AccessBank tərəfindən dövriyyəyə buraxılmış "Visa" və "Mastercard" ödəniş kartları vasitəsilə ən iri məbləğdə və ən çox sayda əməliyyat həyata keçirən hər iki şəxs "iPhone X" qazanıb.
AccessBank-ın Marketinq/Korporativ bankçılıq departamentinin rəhbəri Günay Cəlilova "Hər tərəfdən sərfəli!" kampaniyanın uğurlu olduğunu bildirib: "Bildiyiniz kimi, kampaniya çərçivəsində "Mastercard Debit", "Mastercard Standard", "Mastercard Gold", "Visa Classic" və "Visa Gold" kartları müştərilərə 50% endirimlə təklif olunub. Müştərilərimiz yarı qiymətə ödəniş kartı əldə etməklə yanaşı, "iPhone X" udmaq şansını da qazanıblar. Kampaniyanın nəticəsi olaraq, bu müddət ərzində müştərilərə təqdim olunan ödəniş kartlarının sayı əhəmiyyətli dərəcədə artıb. Çox sevindiricidir ki, bankın təklif etdiyi şərtlər müştərilər tərəfindən maraqla qarşılanıb. Kampaniyanın keçirilməsində əsas məqsəd ölkədə nağdsız ödənişlərin stimullaşdırılmasına dəstək verməkdir və bu istiqamətdə atdığımız addımlar davamlı olacaq".
AccessBank-ın nizamnamə kapitalı 140,25 mln. manat təşkil edir. Səhmlərin 100%-i xarici kapitaldan ibarətdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bankın səhmdarları bunlardır: Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW - "Kreditanstalt für Wiederaufbau" (20%), "Access Microfinance Holding AG" (16,53%) və "LFS Financial Systems GmbH" (3,47%).
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət