2018-ci il martın 7-də Caspian European Club çərçivəsində Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun iştirakı ilə biznes-forum keçiriləcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Onun sözlərinə görə, Caspian European Club-un sahə klubların iclasları çərçivəsində irəli sürülmüş problem və təkliflərin müzakirəsi nəticəsində təşəbbüs göstərilmiş bu görüş iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlərin xahişi ilə təşkil olunub.
O, biznes-forumda Klub şirkətlərinin rəhbərlərinin standartlaşma, metrologiya və patent üzrə məsələlər üzrə təşəbbüs və təkliflərinin müzakirə olunacağını əlavə edib. Telman Əliyev qeyd edib ki, forum çərçivəsində biznesmenlərə həmçinin onları maraqlandıran suallara cavab almaq imkanı yaradılacaq.
“Öz növbəmdə qeyd etmək istəyirəm ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ramiz Həsənov biznes-hakimiyyət dialoqunda fəal iştirak edir və şirkətlərin müraciət etdikləri bütün xahiş, problem və təkliflərə operativ reaksiya göstərirlər. Ümid edirəm ki, əməkdaşlıq bu formatda gələcəkdə də davam edəcək”, - deyə Telman Əliyev bildirib.
Biznes-forumda Caspian European Club-un saytında http://www.caspianenergy.org/index.php/2018-01-09-13-22-37/registration linki üzrə qeydiyyatdan keçmiş şirkətlər iştirak edə bilərlər.
Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club, Caspian American Club və Caspian Asian Club-un Sdəri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirəm Caspian European Club,CaspianAmerican ClubvəCaspian Asian Clubdünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət