Azərbaycanda ikinci avtomobil zavodu tikiləcək. Bunu “Azərbatycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf bazar ertəsi mətbuat konfransında bildirib.
“Biz Hacıqabul Sənaye Məhəlləsində avtomobil zavodunubn tikintisi üzrə potensial investorlarla danışıqlar aparırıq. Hələlik hansı marka avtomobildən söhbət getdiyini deyə bilmərəm, çünki bu kommersiya sirridir. Lakin, qeyd edə bilərəm ki, həm minik, həm də yük avtomobillərinin istehsalı nəzərdə tutulur”, - R.Nəcəf bildirib.
O həmçinin qeyd edib ki, 2018-ci ildə Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalına başlanacaq. “İstehsal olunan məhsulların 20%-nin ixrac olunacağı nəzərdə tutulur”, - R.Nəcəf vurğulayıb.
Xəbər verildiyi kimi, 2018-ci ilin yazında Azərbaycan-İran minik avtomobillərinin birgə istehsalına başlanılacaq. “Azərmaş” ASC və “İran Khodro” birgə avtomobil zavodu avtomobil istehsalı üzrə birgə müəssisəsinin yaradılmasına dair razılığa gəliblər. Zavodun tikintisinə ilkin olaraq $15 mln. həcmində investisiyanın yatırılması nəzərdə tutulur. Vəsaitin 25%-nin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. İstehsal gücü ildə 10 min ədəd avtomobil olacaq. Zavodda "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunacaq.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət