Böyük Britaniyanın "Anglo-Asian Mining” şirkəti 2018-ci ildə Azərbaycanda geoloji kəşfiyyat və qiymətləndirilmə işlərinə $6 mln. vəsait yönəltməyi planlaşdırır. Bu barədə şirkətdən məlumat verilib.
“Anglo Asian Mining 2018-ci ilə geoloji kəşfiyyat və qiymətləndirilmə proqramı hazırlayıb. Bu proqram Azərbaycanda üç müqavilə zonasını - Gədəbəy, Qoşa və Ordubadı əhatə edəcək. Bu proqram təxminən 6 mln. ABŞ dolları təşkil edir, bunun $1,5 mln.-u iki yeraltı qazma qurğusu və əks sirkulyasiya üsulu ilə qazma üçün avadanlığın alışına yönəldiləcək”, - məlumatda deyilir.
Bütün proqram şirkətin daxili vəsaiti hesabına maliyyələşdiriləcək və 43,5 min metr ümumi həcmdə qazma işləri və geofiziki tədqiqatların aparılmasını əhatə edir.
“Proqram Gədəbəy və Uğur mədənləri və Qədir yeraltı mədənin yerləşdiyi Gədəbəy müqavilə zonasının intensiv öyrənilməsinə yönəlib. Bundan başqa, Qoşa və Ordubad müqavilə zonalarında gələcək potensialın qiymətləndirilməsi aparılacaq”, - məlumatda qeyd olunur. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət