PASHA Bank Georgia 2018-ci il aprelin 18-də keçiriləcək 5-ci beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2018”nin(www.caspianenergyforum.com) sponsoru olub.
PASHA Bank Georgia-nın Direktorlar şurasının sədri və baş icraçı direktoru Arda Arkun hər il təşkil olunan və artıq iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin müzakirsi üçün ənənəvi meydana çevrilmiş Caspian Energy Forum-un təşkilinin əhəmiyyətini vurğulayıb. “Caspian Energy Forum-un Tbilisidə keçirilməsi Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın möhkəmlənməsi, həmçinin biznes-hökumət diaqlounun inkişafı, işgüzar əlaqələrin qurulması, ideya, layihə və innovasiya məhsullarının realizə olunması nöqteyi-nəzərindən bu gün xüsusilə aktualdır”, - deyə Arda Arkun deyib.
Baş ofisi Bakıda yerləşən, Azərbaycan, Gürcüstan və Türkiyədə təmsil olunan, həmçinin iri və orta sahibkarlıq üçün korporativ və investisiya bankçılığı xidməti göstərən PASHA Bank maliyyə institutudur.
PASHA BankGeorgiamüştərilərə ikiqat diqqət ayırmaqla korporativ bank xidməti göstərmək üzrə ixtisaslaşıb. PASHA Bank həm müstəqil şəkildə, həm də iri bank sindikatları çərçivəsində rəqabətli faiz dərəcələri və hər bir müştərinin tələbat və imkanlarını nəzərə alaraq fərdi bank xidmətləri təklif edir.
“Caspian Energy ForumTbilisi– 2018”nin açılışında Gürcüstanın Baş-naziri Georgi Kvirikaşvili və Gürcüstanın iqtisadi blokunu təmsil edən hökumət üzvlərinin iştirakı planlaşdırılır.
5-ci Beynəlxalq “Caspian Energy ForumTbilisi– 2018”ə rəsmi dəstəyi Gürcüstan Hökuməti, Azərbaycan Respublikası Hökuməti və Caspian European Club göstərir.
İldə bir neçə də Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində keçirilən Caspian Energy Forum biznes-hökumət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılması, transmilli şirkətlərlə orta və kiçik biznes nümayəndələri ilə görüşlərin təşkili, həmçinin qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydandır.
“Caspian Energy Forum Tbilisi – 2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 300-dən 500-dək deleqat iştirak edəcək.
Yenilənmiş spiker siyahısı və forumun proqramı ilə www.caspianenergyforum.com saytında tanış ola bilərsiniz.
Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
Qeydiyyatdan keçmək üçünhttp://caspianenergyforum.com/prague/index.php/ru/ saytına daxil olun.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət