Azərbaycanın səfalı təbiəti qoynunda, Qubada dağların ətəyində, beşulduzlu “Quba Rixos” oteli rebrendinq etdi. 2018-ci il aprelin 1-indən otel “Quba Palace” adı ilə öz qonaqlarını qəbul edəcək.
Hazırda Azərbaycanda otel menecmentliyi sahəsində ən peşəkar kadrları öz ətrafında cəmləşdirən “Quba Palace” eyni komanda ilə yeni brend altında fəaliyyətini davam etdirəcək.
Hotelin Baş Meneceri Kənan Ağayevin sözlərinə görə, Azərbaycanınregionlarında ən böyük və ən populyar otel olmaqla “Quba Palace”, yüksək səviyyəli xidməti ilə sektorda uğurlu və peşəkar imicini saxlayaraq yeni brendini daha da məşhurlaşdırmağa çalışacaq.
Otel rəhbərliyi Rixos brendinin otelin adından çıxarılmasının yeni çağırışlarla əlaqəli olduğunu bildirib. Belə ki, Rixos brendi regionu tərk etmək haqqında qərarını açıqlayaraq rəsmən həm Azərbaycan, həm də Gürcüstan bazarından çıxır. Nəticə etibarilə aprel ayından Azərbaycandakı “Quba Rixos” oteli “Quba Palace”, Gürcüstandakı “Rixos Borjomi” isə “Borjomi Likani” adını daşıyacaqlar.
“Biz daha çox turist cəlb etmək, otelimizin böyük potensial və imkanlarından səmərəli şəkildə istifadə etmək istəyirik. Əminik ki, yaxın bir müddətdə Quba Palace bazarda daha güclü bir brend kimi tanınacaq”, deyə Kənan Ağayev bildirib.
Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik “Quba Palace” otel kompleksi 2013-cü ildə istifadəyə verilib. Quba rayonunun Əski İqrığ kəndində yerləşən kompleks yeddimərtəbəli əsas binadan, 26 villadan, üç restoran və bir gecə klubundan, əyləncə parkından, qolf sahəsindən və digər müasir xidmət obyektlərindən ibarət olmaqla 127 hektar ərazini əhatə edir. Ərazidə ümumi sahəsi 30 min kvadratmetr olan süni göl, helikopterlərin enməsi üçün meydança və digər yardımçı binalar da mövcuddur.
Otel barədə əlavə məlumat üçün: www.qubapalace.com və (+99412) 404 3434 / +99450 281 8150 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət