Azərbaycan iqtisadiyyatında inkişafın olmaması 2018-ci ildə 6-8% səviyyəsində məqsədli səviyyəyə çatacaq inflyasiyanı zəifləməsinə şərait yaradacaq. Rusiyanın AKPA reytinq agentliyinin analitikləri belə hesab edirlər.
“27 il postsovet transformasiyası dövrü ərzində MDB dövlətlərinin neft iqtisadiyyatları ən yaxşı artım templəri nümayiş etdirib. Bununla belə, MDB dövlətlərinin xammal iqtisadiyyatlarııən artım potensialı məhduddur. Aşağı faktorlu istehsalat və istehsal kapitalına investisiyaların zəif yatırımı Azərbaycan iqtisadiyyatını sabit artım mənbələrindən məhrum edir. Yeganə artım mənbəyi - neftin qiymətinin bərpasıdır”, - agentlyin araşdırmalarında qeyd olunur.
AKPA-nın qiymətləndirmələrinə əsasən, 1990-cı ildən 2017-ci ilə qədər Azərbaycan iqtisadiyyatı 2,6 dəfə artıb.
Bununla yanaşı, analitiklər hesab edirlər ki, neft konyukturasının yaxşılaşması neft hasilatının artımı ilə yanaşı Azərbaycanın xarici balanslarını və milli valyutanın məzənnəsini möhkəmləndirəcək.
Agentlik 1990-cı ildən 2017-ci ilə kimi Azərbaycanda ÜDM-in formalaşması üzrə baza tendensiyaları arasında xüsusilə iqtisadiyyatın miqyası üzrə hasil gücləri ilə əlaqədar yeni əsas yeni vasitələrin tətbiqi tendensiyasını qeyd edir. Bütün dövr ərzində (2008, 2010-2011-ci illər istisna təşkil olmaqla) ölkədə istehsalat gücləri əmək resurslarından daha yüksək templərlə artıb.
“2000-ci illərdə investisiyaların mühüm axını (xüsusilə neft-qaz sahəsinə) və qeyri-neft seqmentlərinə göstərilən multiplikativ təsir, Azərbaycan iqtiadiyyatına mühüm artım təkanı verib. Bu təkan 2015-2016-cı illərdə zəifləyib. Əsas fondlar da iqtisadi artıma mütəmadi töhfə verirlər (2012-c ildən 2016-cı ilə qədər - 0,4%-dən 4%-dək), lakin nəticə istehsalat faktorunun mənfi tempi ilə tarazalanır”, - araşdırmada qeyd edilir.
“Nə istehsalat dinamikası, nə də ehtiyatların baza tipləri ölkə iqtisadiyyatına sabit potensial artım xəttinə çıxmağa imkan vermir, bu da yeni artım mənbələrinın axtrarışını aktual məsələyə çevirir”, - agentlik bildirib.
2017-ci ilin yekunları üzrə Azərbaycanda qeyri-neft ÜDM-in artımı real ifadədə 2,7% təşkil edib, bu da biznes-silsilə komponentinin müsbət töhfəsini əks etdirir.
“2017-ci ildə neftin qiyməti daha çox məhdudlaşıdrıcı amil rolunu oynayıb, bu da ÜDM-in nominal artımında əks olunub (0,1%). Neftin qiymətinin dinamikasına dair tamamilə müsbət gözləntiləri nəzərə alaraq, 2018-ci ildən 2019-cu ilə qədər Azərbaycanda ÜDM artım zonasında qeydə alınmalıdır. Lakin bu cür artım üçün tamdəyərli mənbələrin olmaması templəri potensial artım templəri səviyyəsində saxlayacaq”, - agentlik qeyd edir.
AKPA-nın analitikləri hesab edirlər ki, bu şəraitdə ölkə iqtisadiyyatında mühüm inkişaf gözləməyə dəyməz, bu da “inflyasiya proseslərinin plan üzrə zəifləməsi və orta illik inflyasiyanın Azərbaycan Mərkəzi Bankının 2018-ci il üçün təyin etdiyi səviyyəyə (6-8%) çıxması üzrə müvafiq riskləri minimuma endirir”. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət