“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC yeni fəaliyyət strategiyası hazırlayır. Bu barədə bankın məlumatında deyilir.
“Aprelin 9-da ABB-nin Müşahidə Şurasının yeni tərkibdə ilk toplantısı keçirilib. Toplantıda bankın 2018-ci ilin I rübü üzrə maliyyə nəticələri, daxili komitələrinin tərkibi və əsasnamələri, bankın təşkilati strukturu, İdarə Heyətinə 2 yeni üzvün qəbulu və cari məsələlərə baxılıb”, - deyə məlumatda bildirilir.
Azərbaycan Beynəlxalq Bankı 2018-ci ilin ilk rübünü mənfəətlə başa vurub. Ölkə iqtisadiyyatını dəstəkləyən sağlam və güclü maliyyə institutu kimi bankın fəaliyyətinin səmərəliliyinin və effektivliyinin artırılması, idarə edilməsinin müasir korporativ standartlar əsasında təşkili, kadr siyasətinin təkmilləşdirilməsi və s. istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Bu tədbirlərin davamı kimi, Müşahidə Şurasının iclasında bankın daxili komitələrinin tərkibi və onların yeni əsasnamələri təsdiqlənib. Azərbaycan Beynəlxalq Bankının təşkilati strukturunun optimallaşdırılması, institusional inkişafı məqsədilə qabaqcıl təcrübəyə uyğun bir neçə ixtisaslaşmış struktur bölmənin yaradılmasına, bəzi struktur bölmələrin isə yenidən təşkilinə qərar verilib.
Müşahidə Şurasının iclasında bankın İdarə Heyəti sədrinin müavini Aqşin Əmirov İdarə Heyətinin üzvü və bankın baş risk inzibatçısı təyin edilib. Nəbi Əliyev isə İdarə Heyətinə üzv qəbul edilməklə İdarə Heyəti sədrinin müavini, baş maliyyə inzibatçısı vəzifəsinə təyin olunub.
“Azərbaycan Beynəlxalq Bankının gələcək fəaliyyət strategiyasının hazırlanması istiqamətində iş gedir, strateji hədəflərə nail olmaq, bankın ən mükəmməl xarici təcrübəyə uyğun dayanıqlı inkişafını təmin etmək üçün bütün imkanlardan istifadə ediləcək”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət