2004-2017-ci illər ərzində Azərbaycan iqtisadiyyatına ümumi kapital qoyuluşlarının həcmi 162,9 mlrd. manat təşkil edib. Bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Yeni Azərbaycan Partyiasının (YAP) saytında dərc olunan müsahibəsində bildirib.
“2004-2017-ci illər ərzində əsas kapitala 162,9 mlrd. manat məbləğində vəsait yönəldilib ki, bunun da 65,9%-i tikinti-quraşdırma işlərinə sərf edilib. İstifadə olunmuş vəsaitin 95,8 mld. manatı məhsul istehsalı obyektlərinin, 55,9 mlrd. manatı xidmət sahələri üzrə obyektlərin, 11,2 mlrd. manatı isə ümumi sahəsi 26,1 mln. kvadrat metr olan yaşayış evlərinin tikintisinə yönəldilib”, - T.Budaqov bildirib.
Onun sözlərinə görə, 14 il ərzində əsas kapitala xarici investisiyaların xüsusi çəkisi 63,2%, daxili investisiyaların 36,8% təşkil edib.
Bu illər ərzində neft sektoruna 64,5 mlrd. manat, qeyri-neft sektoruna isə 98,4 mlrd. manat vəsait yönəldilib. 2017-ci ildə qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşunun həcmi 2003-cü illə müqayisədə 5,9 dəfə çoxdur.
“2004-2017-ci illərdə ölkədə 8119 çarpayılıq 106 xəstəxana, bir növbədə gəlişlərin sayı 8912 olan 156 ambulatoriya-poliklinika müəssisəsi, 514,8 min şagird yerlik 1385 ümumtəhsil məktəb binası, 20839 yerlik 202 məktəbəqədər təhsil müəssisəsi, 6880 yerlik 41 klub və digər sosial-mədəni obyektlər tikilib istifadəyə verilib”, - T.Budaqov vurğulayıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət