“Azər-Türk Bank” ASC-nin baş ofisinin strukturundakı dəyişikliklər çərçivəsində Pərakəndə bankçılıq və Korporativ bankçılıq departamentləri yaradılıb.
"“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının qərarına əsasən bankın baş ofisi üzrə yeni təşkilati struktur qüvvəyə minib. Belə ki, Kredit və Biznesin inkişafı departamentlərinin bazasında Pərakəndə bankçılıq və Korporativ bankçılıq departamentləri yaradılıb”, - deyə bankın məlumatında bildirilir.
Bundan başqa, əvvəllər şöbə kimi fəaliyyət göstərən, Biznes proseslərin idarə edilməsi departamenti yaradılıb. Həmin şöbənin müdiri olmuş Araz Gəncəli yeni departamentin direktoru vəzifəsinə təyin edilib.
Yeni strukturda İdarə Heyəti sədrinin Aparatı, həmçinin bankdaxili protokollaşma və karküzarlıq funksiyalarını yerinə yetirən qurum olaraq, nəzərdə tutulub.
Bir sıra şöbə və departamentlərin adlarında dəyişikliklər edilib. O cümlədən, Strateji planlaşdırma və marketinq və Maliyyə institutları və hesablaşmalar departamentləri müvafiq olaraq Marketinq departamenti və Hesablaşmalar departamenti adlandırılıb.
“Bu dəyişikliklər ilk növbədə fiziki və hüquqi şəxs olan müştərilərə xidmətin keyfiyyətinin daha da artırılması, sabit inkişafın təmin edilməsinəyönəldilib”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət