Norm Sement Cənubi Qafqazın ən iri sement istehsalçısı olub, istehsal gücü gündə 5 min ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Şirkətin Avropa şirkətləri ilə texnologiya və elmi-texniki sahələrdə sıx əməkdaşlığı Azərbaycanın tikinti sektorunun yüksək keyfiyyətli sementlə təmin edilməsinə zəmanət verir.
Norm şirkətinin nüfuzlu yerli və beynəlxalq qurumlarla əməkdaşlığı sadəcə sement istehsalı sahəsində deyil, o cümlədən gənclərin işlə təmin olunması, yüksək ixtisaslı kadr hazırlığı, elmi-tədqiqat araşdırmalarının aparılmasına dəstək və ayrı-ayrı mühəndislik istiqamətləri üzrə təcrübə mübadiləsinə dair əməkdaşlıq proqramları çərçivəsində öz əksini tapır.
Norm şirkəti mütəmadi olaraq Korporativ Sosial Məsuliyyət layihələri həyata keçirir. Ötən ildən etibarən rəhbərliyin qərarı, İnsan Resursları və Administrativ işlər şöbəsinin təşəbbüsü sayəsində Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” –nin tədbirlər planlarının icrasını təmin etmək məqsədilə Şirkət və Peşə təhsili və təlimi üzrə Dövlət Agentliyi ilə əməkdaşlığa dair memorandum imzalanıb.
Razılaşmaya əsasən, şirkətin əlaqədar nümayəndə heyəti tərəfindən Qaradağ rayonununda yerləşən peşə təhsil mərkəzlərinə baxış keçirilib. Baxış zamanı sinif otaqları və emalatxanaların müasir standartların tələblərinə uyğun olmadığı ortaya çıxıb. Məktəb tələbələrini gələcək iş həyatına hazırlamaq, onların peşə hazırlığını tamamlamalarına dəstək olmaq, həmçinin tədris proqramlarının və təlimin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə Qaradağ rayonunda yerləşən Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin qaynaqçı və çilingər peşəsi üzrə təhsil alan tələbələri üçün Norm Sement zavodunda həftədə 1 dəfə İstehsalat təlimivə Təcrübə proqramı təşkil olunub. Bu məqsədlə, zavodda 2 otaq tələb olunan avadanlıqlarla tam şəkildə təchiz olunub. Tələbələrin zavod ərazisinə rahat gəlişi-gedişi Şirkət tərəfindən təşkiledilib.Tələbələr həmçinin zavod əməkdaşları ilə birlikdə nahar edir və onlarla ünsiyyətdə olurlar.
Cari ilin fevral ayından başlayan proqramların may ayının sonunadək davam etdirilməsi nəzərdə tutulub. Şirkətin daxili təlimçiləri tərəfindən tələbələr üçün günün birinci yarısınadək əməyin təhlükəsizliyi, ətraf mühit, ekologiya, ilkin tibbi yardım, işçi hüquqları, iş yerində davranış qaydaları və etika, kompüter və ofis proqramları və peşələri ilə əlaqədar interaktiv təlimlər keçirilir. Günün ikinci yarısında isə tələbələr istehsalatın müxtəlif sahələrində, emalatxanalarda təcrübi məşğələlərə cəlb edilirlər.
NORM şirkəti gənclərin kadr hazırlığı sahəsində bir çox beynəlxalq qurumlarla da əməkdaşlıq edir. Şirkətin əməkdaşlıq etdiyi beynəlxalq qurumlardan biri Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutudur. Şirkət ilə VDZ arasında imzalanmış müqaviləyə əsasən VDZ-nin yüksək ixtisaslı mütəxəssisləri NORM Sement zavoduna səfərlər edərək istehsal prosesinin texniki auditini həyata keçirirlər. Nəticə etibarilə, VDZ tərəfindən CEM II/A-P 32,5R markalı KLASS A və CEM II/B-L 32,5R markalı KLASS B və CEM II/A-P 42,5 R markalı KLASS C500 vəCEM II/A-P 42.5 N (SDPS 500 Ə-20)markalı sulfatadavamlı Portlandsement olan KLASS S adlı Norm sementlərinə DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət