Azərbaycan hökumətinin yeni vəzifəsi 2015-2016-cı illərdə başladılan islahatların sürətini qorunub saxlanılması və iqtisadiyyatın xarici şoklara qarşı dayanıqlılığının yüksəldilməsidir. Dünya Bankında (DB) belə hesab edirlər.
"Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev qələbə qazanıb. O, aprelin 18-də vəzifələrinin icrasına və hökuməti formalaşdırmağa başlayıb. Yeni hökumətin davamlı və hərtərəfli inkişafı təmin etmək üçün mühüm iqtisadi islahatları davam etdirəcəyi gözlənilir", - deyə bankdan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Hazırda Azərbaycan hökumətinin qarşısında duran yeni vəzifə 2015-2016-cı illərdə iqtisadi böhran dövründə başladılan islahatların sürətinin qorunub saxlanılması, eləcə də iqtisadiyyatın gələcək xarici şoklara qarşı dayanıqlılığının artırılmasıdır.
Bununla belə, DB-də vurğulayırlar ki, struktur islahatlarının özəl sektorun inkişafına və yeni iş yerlərinin açılmasının stimullaşdırılmasına təsiri bir qədər məhdud olaraq qalacaq.
DB Azərbaycan hökumətini əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi sisteminin effektivliyinin yüksəldilməsi istiqamətində islahatları davam etdirməyə çağırır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət