Caspian European Club məşhur Atena brendi altında fəaliyyət göstərən şirkətlər qrupu ətrafında yaranmış vəziyyətdən narahatlıq keçirir. Bu barədə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Bununla əlaqədar olaraq biz mövcud vəziyyəti şəxsi nəzarətinə götürməsi xahişi ilə Azərbaycan Respublikasının Prezidenti, Caspian European Club-un Sədri cənab İlham Əliyevə müraciət etmişik. Bu xahişimizi Atenanın Azərbaycanda tanınmış brendlərdən biri olması, Atenanın süd məhsullarının isə əhali arasında böyük etibar qazanması ilə əsaslandırmışıq”, - deyə Telman Əliyev qeyd edib.
O əlavə edib ki, müraciətin daha bir mühüm səbəbi şirkətlər qrupunun əsasını qoymuş Elşad Rəsulovun uzun müddət ərzində Caspian European Club-un idarə heyətinin üzvlərindən biri və aqrosənaye komitəsinin rəhbəri olması ilə bağlıdır.
Telman Əliyev vurğulayıb ki, Elşad Rəsulov bu sahədə fəal iştirak edib və ölkəmizin aqrosənaye sektorunun inkişafı ilə bağlı bütün təklifləri diqqətlə öyrənib. Həmin təkliflər cənab Prezidentin islahat keçirmək məqsədilə təsdiqlədiyi yol xəritəsində artıq öz əksini tapıb.
“Atena süd zavodu və fermerlik təsərrüfatı olduqca mühüm sosial əhəmiyyət daşıyır və Ağcabədi rayonunun inkişafında vacib rol oynayır. Məhz buna görə biz 25 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərən şirkətə kömək etmək xahişi ilə cənab Prezident İlham Əliyevə müraciət etmişik”, - deyə Telman Əliyev deyib. Biz həmçinin KİV nümayəndələrinə müraciət edərək onlardan bu məsələni siyasiləşdirməmələrini və Atena şirkətinin fəaliyyəti ilə bağlı təsdiqlənməmiş məlumat dərc etməmələrini xahiş etmək istəyirik.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi, Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club yaradılıb. Hər iki təşkilat iki il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-un tərkibinə daxil olan bütün şirkətlər avtomatik qaydadaCaspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isəCaspian European Club-un üzvü hesab olunurlar.
Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət