"SOCAR Metanol" MMC metanolun ixrac marşrutlarını şaxələndirməyi planlaşdırır. Bunu zavodun baş direktoru Elnur Mustafayev deyib.
"Hazırda zavodumuzun metanolu saxlama gücü 41 min ton təşkil edir və biz onu 1,5-2 dəfə artırmağı planlaşdırırıq. Bundan başqa,ixrac marşrutunun şaxələndirilməsi üçün metanolun Xəzər dənizi ilə Qara dənizə nəqlini artırmaq istəyirik", - deyə o, Bakıda keçirilən "Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası - layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfransda bildirib.
Baş direktor qeyd edib ki, hazırda metanolun ixracını SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Kulevi terminalından həyata keçirir.
"Biz Xəzər dənizi istiqamətində Volqa-Don kanalı ilə Qara dənizə ixracın həcmini artırmaq niyyətindəyik. Hazırda bu marşrutdan istifadə olunur, amma ixrac həcmləri azdır. Bu həcmləri artırmaq niyyətindəyik. Bu istiqamət daha ucuz olduğu üçün daşıma xərclərinə də qənaət olunmasına imkan yaradacaq. Amma ixrac marşrutlarının şaxələndirilməsi üçün saxlama həcmini də artırmaq lazımdır", - deyə E.Mustafayev vurğulayıb.*
N.Abbasova
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə ölkəmizdə ilk “Customer Tech Conference” keçirildi
Bank Respublika qan donorluğunda fəal iştirakına görə mükafatlandırılıb
Azerconnect Group və Vodafone Group arasında tərəfdaşlıq müqaviləsi imzalandı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət