SOCAR-ın “Azneft” İstehsalat Birliyi (İB) yeraltı qaz anbarı (YQA) kimi istifadə olunan “Qalmaz” yatağı ərazisində yeni YQA yaratmağı planlaşdırır. Bunu birliyin sədri Daşqın İsgəndərov «Caspian Barrel» nəşrinə müsahibəsində deyib.
“Yeraltı qaz anbarlarının modernləşdirilməsi və “Qaradağ” və “Qalmaz” yeraltı qazsaxlama anbarlarının aktiv tutumunun artırılması layihəsi üzrə işləri həyata keçiririk. Bu qəbildən “Qalmaz” yatağında əlavə 21 quyu qazılmaqla tutumu 500 milyon kubmetr olan yeni qaz anbarının yaradılması və yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq. “Qaradağ” yatağında da birinci tektonik bloka yeni quyuların qazılması və VIIahorizontunun tam bərpa edilməsi nəzərdə tutulur ki, bunun da nəticəsində 1 milyard kubmetr əlavə qaz həcmi yaradılacaq. Həmçinin Qaradağda yeni kompressor stansiyasının tikintisini planlaşdırırıq”, - deyə o qeyd edib.
Sədrin sözlərinə görə, 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində qaz anbarlarına qazın vurulmasıaprelin 12-dən etibarən başlanılıb.
D.İsgəndərovun sözlərinə görə, “Azneft” İB ölkəmizin enerji təhlükəsizliyndə mühüm rol oynamaqla, hasil etdiyi qazı daxili bazarda “Azəriqaz” İstehsalat Birliyinə Azərbaycan Respublikası Tarif (Qiymət) Şurası tərəfindən muəyyən edilmiş qiymətlərlə satır. Xərclər nəzərə alınmadan “Azneft” İstehsalat Birliyinin gəlirlərində qaz sektoru 15% xüsusi çəkiyə malikdir.
Azərbaycanda iki yeraltı qaz anbarı mövcuddur – “Qalmaz” və “Qaradağ”. Bakıdan 75 km cənub-şərqdə yerləşən “Qalmaz” yeraltı qaz anbarı 1955-ci ildə, paytaxtdan 25 kilometr cənub-şərqdə yerləşən “Qaradağ” yeraltı qaz anbarı isə 1954-cü ildə istismara verilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət