17-18 may tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə “Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik” mövzusunda forum keçiriləcək. Bu barədə ABA-dan məlumat verilir.
“Forum çərçivəsində maliyyə texnologiyaları, blokçeyn, kriptovalyuta və digər yeniliklərin, həmçinin əlaqədar təhlükəsizlik məsələlərinə dair cari və gələcək tendensiyalar müzakirə ediləcək. Tədbirin məqsədi maraqlı tərəflərin bu yeniliklər barədə geniş məlumatlandırılması, maliyyə qurumları və digər təşkilatların innovasiyalara dair vizyonunun formalaşdırılmasına dəstək və yeni texnologiyaların cari fəaliyyətlərində tətbiqi imkanlarının araşdırılmasıdır”, - məlumatda deyilir.
Üç paneldən ibarət olan forumda blokçeyn və kriptovalyutalar sahəsində Avropa və ABŞ trendləri, yeni imkanlar və yeni risklər, bank sektorunda süni intellektin tətbiqi, məlumatların təsnifləşdirilməsi və mühafizəsi, rəqəmsallaşmada təhlükəsizlik məsələləri, ATM və ödəniş kartlarının təhlükəsizliyi ilə bağlı mövzular və xarici ölkərlərin təcrübələri əhatə olunacaq.
Forumda IT və maliyyə sahəsində ixtisaslaşmış beynəlxalq və regional şirkətlərin nümayəndələri (Avropa Banklar Federasiyası,“Nyu York Mellon Bankı”, Cisco Systems Inc, “KPMG”, “Garanti Bank”, “SWIFT”,Ə“ZiraatBank Turkey”), maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbər nümayəndələri, kommersiya banklarının yuxarı menecmenti, biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak edəcəklər.
ABA 1990-cı ildən etibarən fəaliyyət göstərir. Hazırda 29 bank və 4 bank olmayan kredit təşkilatı ABA-nın üzvüdür. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət