2017-ci ildə Hesabalama Palatasının pardığı yoxlamalar nəticəsində 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatı üzrə istifadə edilməməsi aşkar eidlib.
İllik hesabata əsasən, 2017-ci ildə Palata tərəfindən 50 audit yoxlaması və 10 analitik tədbir həyata keçirilib.
Yoxlamalar nəticəsində ümumilikdə 689 müxtəlif pozuntu faktı aşkar olunub. Bunların əksəriyyəti (201) büdcə qanunvericiliyinin tələbələrinə riayət olunmamaq, 169-u - mühasibat uçotu sahəsində qanunverciliyin pozulması, 162-si - dövlət satınalmaları zamanı qanunverciliyin pozulması ilə bağlı olub.
“Yoxlamalar zamanı 42 mln. 110,4 min manat məbləğində vəsaitin ilkin təyinatının dəyişdirilməsi faktı aşkar edilib. Bununla belə, təhlilə əsasən, təyinatı üzrə istifadə olunmayan vəsaitin həcmi ildən-ilə azalıb. Bu, nəzarətin və qanunverilciyim tələblərinin sərtləşdirilməsi ilə əlaqədardır”, - Palata qeyd edir.
Aşkar olunan pozuntular nəzərə alınaraq Palata tərəfindən qanunvericiliyintəkmilləışdirilməsi məqsədilə təkliflər paketi hazırlanıb.
Bundan başqa, materialların təhlili göstərdi ki, 2017-ci ildə 26 dövlət strukturu 83,3 mln. manat məbləğində vəsaiti səmərəsiz istifadə edib.
“2017-ci ildə yoxmalar və analitik tədbirlər zamanı əhatə olunan vəsaitin ümumi həcmi 10 mlırd. 992,9 mln. manat təşkil edib. Bu, 2016-cı ildə aparılan yoxlamaların göstəricisindən 2 dəfə çoxdur”, - hesabatda qeyd olunur.
Ötən il aparılan yoxlamaların yekunlarına dair 16 mln. 918,2 min manat, $73,8 min məbləğində vəsdait dövlət büdcəsi və dövlət müəssisələrinin hesablarına, 1 mln. 120,9 min manat - DSMF-ə qaytarılıb.
Bütövlükdə, 2013-2017-ci ildə Hesablama Palatası tərəfindən aparılan yoxlamalar 53,6 mln. manat məbləğində vəsaiti bərpa etməyə imkan verib, bunun 51,7 mln. manatı - dövlət büdcəsi, 1,9 mln. manatı - DSMF-ə qaytarılıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət