“ASAN ödəniş” sisteminə qoşulmaqla dövlət ödənişlərinin qəbuluna başlayan Azərbaycanın ən böyük onlayn xidmətlər platforması Hesab.az istifadəçilərini yeniliklərlə sevindirməyə davam edir.
Bildiyiniz kimi , ötən həftədən etibarən Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi (DYP) və Dövlət Gömrük Komitəsinin cərimə ödənişlərini Hesab.az saytı və mobil tətbiqi vasitəsilə onlayn həyata keçirmək mümkün olmuşdur. Hazırda Dövlət Ödənişləri Xidmətinə Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Miqrasiya Xidməti əlavə olundu.
Yeni ödəniş xidmətindən Hesab.az platformasında qeydiyyatdan keçmiş 310000-dən çox mövcud istifadəçi, eləcə də istənilən digər yeni istifadəçilər yararlana bilər. Mövcud yeniliklərlə əlaqədar olaraq dövlət ödənişlərinizi gecikdirmədən ödəyə və bonuslar qazana bilərsiz. Eyni zamanda hesab.az –la siz ödənişlərinizi təhlükəsiz və daha rahat həyata keçirə bilərsiniz.
Həmçinin Dövlət Ödənişlərini ödədikdə Hesab.az platformasınız qeydiyyatlı istifadəçiləri hər ödəniş üçün iki qat bonus qazanacaqlar.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı / ödənişi mümkündür.
Hesab.az yaxın vaxtlarda istifadəçilərə yeni saytını təqdim etməyi nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət