Azərbaycanda startapların formalaşması və genişləndirilməsinə xüsusi önəm verən “Nar” operatorunun dəstəklədiyi “Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin milli turu yekunlaşıb. “Imagine Cup 2018” müsabiqəsinin milli turu çərçivəsində münsiflər heyəti unikal fikirlər, yenilikçi texnoloji həllər, layihələri layiqincə təqdimetmə bacarığını qiymətləndirmiş, gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub.
Milli Turda 9 ali təhsil müəssisəsi və “SABAH Qrupları”ndan olan komandalar iştirak ediblər. Bu mərhələnin qalibləri mayın 15-də Bakıda təşkil olunan mükafatlandırma mərasimində münsiflər tərəfindən elan olunub. Üçüncü yerə “Ağıllı dibçək” layihəsinə görə “GardenX” komandası layiq görülüb. İkinci yeri həvəskar bələdçilər üçün mobil tətbiq hazırlayan “GuideAmigo” komandası tutub. Bu tətbiq vasitəsilə istənilən şəxs şəhərin müxtəlif məkanlarında özünə bələdçi tapa bilər. Müsabiqənin birinci yerinə isə “KubiRub” komandası layiq görülüb. Bu komanda “Rubik kubu” məşhur oyununun mobil versiyasını hazırlayıb. Ənənəvi rənglərdən fərqli olaraq bu virtual kubun tərəflərində müxtəlif şirkətlərin loqotipləri yer alıb ki, hər hansı bir tərəfi yığan istifadəçi şirkətlərdən real bonuslar qazanacaq.
Yerli final mərhələsinin qalibi ABŞ-da keçiriləcək finalda iştirak etmək, layihənin gələcək inkişafı üçün nəzərdə tutulan və müsabiqənin əsas mükafatı sayılan 100 min ABŞ dolları uğrunda mübarizəni davam etdirmək imkanı əldə edəcək. Bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Regional mərhələdə komandaların layihələrini azərbaycanlı mütəxəssislərin də yer aldığı beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
Təhsil, elm və mədəniyyətin inkişafı “Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilmişdir. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət