Qida Təhlükəsizliyi Agentliyi (QTA) 2018-ci il iyulun 1-dən fəaliyyət göstərməyə hazırdır. Bunu agentliyin sədri Qoşqar Təhməzli bu gün mətbuat konfransında deyib.
"Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyinin iyulun 1-dən fəaliyyətə başlaması üçün lazımi hüquqi baza yaradılıb", - deyə o bildirib.
Sədrin sözlərinə görə, bu ilin yanvar-may aylarında agentliyin fəaliyyətini təmin etmək üçün 27 normativ hüquqi akt qəbul olunub. QTA qida təhlükəsizliyinə ictimai nəzarəti həyata keçirməsi üçün mobil dəstək proqramını iyunun 1-dən işə salacaq. "Prezident İlham Əliyev proqramı çox bəyənib”, - deyə o əlavə edib.
Q.Təhməzli qeyd edib ki, proqram ərzaq təhlükəsizliyi sahəsinə ictimai nəzarəti həyata keçirməyə imkan verəcək. Bundan başqa, proqram vasitəsilə təhlükəli və təhlükəsiz məhsullar haqqında məlumat almaq mümkün olacaq.
Mobil əlavə, həmçinin qida zəncirinin bütün mərhələlərində baş verə biləcək bütün pozuntuları ortaya çıxaracaq.
Agentliyin sədri vurğulayıb ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, eləcə də Aİ və Dünya Bankı ilə əməkdaşlıq QTA-nın prioritet istiqamətləridir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət