Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyası tərəfindən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı qəbul olunan sanksiyaların mahiyyətini böyütməməyə çağırıb.
Xəbər verildiyi kimi, AŞPA iki il müddətinə mandatı dondurulmaqla S.Seyidova qarşı sanksiya qəbul edib.
“Bu ilk dəfə deyil ki, AŞPA Azərbaycvan və dövlətin nümayəndələrinə qarşı sanksiyalar tətbiq edir. S.Seyidov barəsində sanksiyanın tətbiqinin məqsədi - onun AŞPA-nın rəhbər orqanlarına seçilməsinə, həmçinin müxtəlif monitorinqlərdə iştirakına əngəl olmaqdır”, - O.Əsədov bu gün parlamentin plenar iclasında bildirib.
O, S.Seyidov barəsində sanksiyaları ədalətsiz adlandırıb.
“Qəbul olunan sanksiyaların mahiyyətini böyütmək lazım deyil. Seyidov öz işini və mübarizəsini davam etdirəcək”, - O.Əsədov qeyd edib.
Spiker ASPA-nı ikili standartların tətbiqində ittiham edib. “AŞPA-da erməniyönümlü qüvvələrin fəal səyi sayəsində bir dəfə belə olsun Dağlıq Qarabağ münaqişəsi məsələsi müzakirə olunmayıb”, - o əlavə edib.
Öncə S.Seyidov bəyan edib ki, sanksiyaların tətbiqi və korrupsiya ittihamları əsassız və sübutsuzdur. O, bunu ikili standartların təzahürü adlandırıb.
Dörd nəfər AŞPA üzvünə - AŞPA-da İspaniya nümayəndə heyətinin başçısı Pedro Aqramunta, Avropa Xalq Partiyasının başçısı və AŞPA-nın Reqlament komitəsinin üzvü Sezar Florina Predaya, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova və İspaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Jordi Şuklaya qarşı sanksiyalar tətbiq edib.
Sanksiyalar Pedro Aqramunta münasibətdə 10 il, digər üzvlər - Sezar Florina Predaya, Səməd Seyidova və Jordi Şuklaya qarşı isə 2 il ərzində qüvvədə olacaq.
Bu deputatlar korrupsiya və davranış kodeksini pozmaqda ittiham olunurlar. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət