2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin qeyri-neft gəlirlərini 8 mlrd. 633 mln. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 4,3% çoxdur. Bunu maliyyə nazirinin müavini Azər Bayramov deyib.
“2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 517 mln. manat təşkil edib və 98,5% icra olunub. Bununla belə, büdcənin qeyri-neft gəlirləri 8 mlrd. 633 mln. manat və ya bütün büdcə gəlirlərinin 52,3%-ni təşkil edib”, - A.Bayramov
Mlii Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləniclasında 2017-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə neftin qiymətinin 2016-cı ildən yüksək olması hesabına Azərbaycanda makroiqtisadi sabitlik və maliyyə dayanıqlığıtəmin eidlib. Xüsusilə, 2017-ci ildə bir barel neftin orta qiyməti $53 təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 23,3% çoxdur.
A.Bayramov qeyd edib ki, bu cür əlverişli vəziyyət xarici ticarət dövriyyəsinin 12,3% artımına təsir edib, 2017-ci ildə xarici ticarətdə profisit $6,7 mlrd. təşkil edib.
Nazir müavini vurğulayıb ki, 2017-ci ildə büdcənin gəlirləri strukturunda 6 mlrd. 974 mln. manat Vergilər Nazirliyi, 2 mlrd. 609 mln. manat Dövlər Gömrük Komitəsi, 6 mlrd. 100 mln. manat Dövlət Neft Fondundan transfertlər, 250 mln. manat Mərkəzi Bankdan mənfəət, qalanı digər gəlirlərin payına düşüb.
A.Bayramov bildirib ki, 2017-ci ildə dövlət büdcəsinin xərcləri 17 nmlrd. 596 mln. manat təşkil edib və 98,1% icra olunub.
Xərclərin strukturunda 10 mlrd. 906 mln. manat (bütün xərclərin 62%-i) cari, 5 mlrd. 175 mln. manat (29,4%-i) əsaslı, qalanı dövlət borcunun xidmətinin payına düşüb.
Nazir müavini bəyan edib ki, 2017-ci ildə büdcənin bütün xərclərinin 15,9%-i (2 mlrd. 804 mln. manat) müdafiə sahəsinə yönəldilib.
Onun sözlərinə görə, ötən il 70 mln. manat müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılması, 36 mln. manat icbari tibbi sığortanın pilot titbiqi, 356 mln. manat Prezidentin Ehtiyat Fondundan layihələrin və Nazirlər Kabinetinin maliyyələşdirilməsi, 150 mln. manat sosial ipoteka və sosial mənzil tikintisi, 546 mln. manat Əmanətlərin Sığortalanması Fondu (ADİF) ödənişsiz köçürülüb.
2017-ci ildə dövlət büdcəsinin kəsiri 1 mlrd. 78 mln. manat və ya ÜDM-in 1,5%-ni təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət