Borclanma strategiyası yaxın günlərdə Azərbaycan hökumətinə təqdim olunacaq. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
“Məndə olan məlumata əsasən, borclanma strategiyası yaxın günlərdə hökumətə təqdim olunacaq”, - Z.Səmədzadə bu gün komitənin iclasnda qeyd edib.
Onun sözlərinə görə, ölkədə borclanma strategiyasının əsasını yeni texnologiyalar üçün vəsaitin cəlb olunması təşkil etməlidir.
Eyni zamanda o vurğulaylb ki, həyata keçirilən borclanmanı təhlil etmək lazımdır.
Z.Səmədzadə bildirib ki, 2015-ci ildə devalvasiyadan sonra Azərbaycanın xarici borcu ÜDM-in 24%-nə çatıb.
Öncə prezident İlham Əliyev xarici kreditlərin cəlb olunması sahəsində siyasətin sərtləşdirilməsini bəyan edib. “Kreditlərin alınması ilə bağlı biz daha da ciddi siyasət aparmalıyıq.Hesab edirəm ki, bundan sonrakı illərdə dövlət xarici borcunun azaldılması istiqamətində işlər aparmalıdır. Biz ancaq texnoloji cəhətdən önəmli layihələrə xarici borc götürməliyik”, - İ.Əliyev 2018-ci ilin yanvar ayında qeyd edib.
Onun sözlərinə görə, bu gün Azərbaycanın xarici borcu məqbul səviyyədədir. “Lakin, hansısa binanın tikintisinə, yaxud da ki, daxili imkanlar hesabına edə biləcəyimiz digər layihəyə xaricdən kredit almaq düzgün deyil”, - prezident bildirib.
Öncə maliyyə naziri Samir Şərifov bəyan edib ki, 2018-ci ildə Azərbaycan xarici borcun xidmətinə büdcə xərclərini 37,8% - 2 mln. 263 mln. manatadək artıracaq. “2018-ci ildə xarici borcun xidmətinə dövlət büdcəsindən 2 mlrd. 263 mln. manat yönəldiləcək, bu da 2017-ci ilin büdcəsində göstərilən vəsaitdən 37,8% çoxdur. Xərclərin artımı Azərbaycan Beynəlxalq Bankın borclarının ödənilməsi ilə bağlıdır”, - S.Şərifov qeyd edib. Xüsusilə nazir bildirib ki, 2018-ci ildə hökumət ABB-nin xarici öhdəliklərinin təkrar strukturlaşdırılması çərçivəsində buraxılan istiqrazlar üzrə faizlərin ödənilməsinə 441,9 mln. manat yönəltməyi planlaşdırır. Bu vəsait Maliyyə Nazirliyinin buraxdığı ($2,4 mlrd. məbləğində - İF) istiqrazların sahibləri olan bankın xarici kreditorlarının xidmətinə yönəldiləcək.
Maliyyə Nazirliyinin məlumatına görə, 1 yanvar 2018-ci il tarixinə Azərbaycanın istifadə olunmuş kreditlər və zəmanətlər üzrə xarici borcu $9 mlrd. 398,3 mln. və ya ÜDM-nin 22,8%-ni təşkil edir. Bununla belə, xarici borcun $5 mlrd. 510,4 mln.-u və ya 58,6%-i hökumət tərəfindən alınan borcların, $3 mlrd. 331,4 mln. və ya $35,5% - xarici valyutada buraxılmış istiqrazların, $556,5 mln. və ya 5,9% isə dövlət borcu sayılan şərti öhdəliklərin payına düşüb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət