OPEC-in baş katibi Məhəmməd Barkindo OPEC+ sazişinin müsbət nəticələrinin dəstəklənməsini vacib hesab edir.
“Ortamüddətli və uzunmüddətli perspektivlərdə neft sənayesinin gələcək inkişafını təmin etmək üçün səy göstərmək, o cümlədən qlobal iqtisadiyyatların artan tələbatının təminatı üçün gələcəkdə neft hasilatının artımını təmin etmək lazımdır”, - M.Barkindo çərşənbə günü Bakıda Caspian Oil&Gas 2018 konfransında bildirib.
Onun sözlərinə görə, hazırda kartelin üzvləri və OPEC-ə daxil olmayan ölkələr arasında sazişə əsasən əldə olunan nailiyyətlərin dəstəklənməsi əsas vəzifədir.
2016-cı il dekabrın 10-da OPEC və qeyri-OPEC ölkələrinin iclası keçirilib. Görüşün yekunları üzrə neft hasilatının həcminin azaldılmasına dair saziş imzalanıb. OPEC ölkələri üçün gündəlik neft hasilatının həcmi 1,2 mln. barel azaldılaraq 32,5 mln. barel həcmində saxlanılacaq. Qeyri-OPEC ölkələri hasilatı sutkada 558 min barelədək azaldacaq. Razılaşmaya əsasən, Azərbaycan üçün bu göstərici sutkada 35 min barel müəyyənləşdirilib.
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət