Bank Respublika Azərbaycan Xalq Cümhuriyyərinin 100 iliyinə həsr olunmuş “İstiqlaliyyət” adlı bədii-sənədli film təqdim etdi.Filmdə Cümhuriyyət qurucularının 23 ay ərzində gördüyü böyük işlər və qarşılaşdığı çətinliklərdən bəhs edilir. Filmdə həmin vaxtların taleyüklü məqamları da rekonstruksiya edilib və göstərilir. Bədii-sənədli filmin rejissoru Cavid Təvəkkül, sözçüsü isə xalq artisti Nürəddin Mehdixanlı oldu. Filmin istehsalı “ÖZ Film” prodakşn studiyası tərəfindənBaku Media Center-in dəstəyi ilə ərsəyə gəlmişdir.
“Böyük qürur və vətəndaşlıq borcu hissi ilə bu filmi təqdim edirik. Bildiyiniz kimi cənab Prezident İlham Əliyev 2018-ci ili Azərbaycan Xalq Cümhiriyyəti ili elan etmişdir, bu qərar bir daha həmin tarixin müasir Azərbaycan üçün önəmli olmasını təsdiq edir. Ölkənin aparıcı banklarından biri kimi filmin yaradılmasına qərar verdik ki, həmin illərdə baş verən hadisələr yenidən yaddaşlarda oyansın, Cümhuriyyət qurucularının göstərdiyi şücayət hiss edilsin” – deyə Bank Respublikanın Idarə Heyətinin sədri Asəf Namazov bildirdi.
Yubiley ili ərəfəsində bank eyni zamanda “İstiqlaliyyət” filminin iki premyerasını keçirdi – paytaxt Bakıda və Gəncə şəhərində. Filmin təqdimatında mətbuat nümayəndələri, bankın partnyorları və müştəriləri də iştirak etmişdilər. Təqdimat tədbirləri CinemPlus kinoteatrlarının dəstəyi ilə keçirildi. Film tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı və qısa müddət ərzində çoxsaylı müsbət rəylərə səbəb oldu. Təqdimatda filmin baş qəhrəmanları öz obrazlarını canlandıraraq tədbirdə xüsusi ab-hava da yaratdılar.
Filmi bankın rəsmi Facebook və Youtube səhifələrindən izləmək mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət