Beynəlxalq Günəş İttifaqı (International Solar Alliance - ISA) yaxın zamanlarda Azərbaycana ISA-ya üzv olmaq üçün dəvət məktubu göndərəcək. Bunu ittifaqın baş direktoru Upendra Tripati deyib.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, o, bu barədə ölkəmizin Hindistandakı səfiri Əşrəf Şıxəliyevlə görüş zamanı bildirib.
U.Tripati qeyd edib ki, hazırda 34 ölkə çərçivə sazişi imzalayıb və ISA-nın tamhüquqlu üzvüdür.
Onun sözlərinə görə, ISA tərəfindən reallaşdırılan layihələr əsasən kəndlərdə və ucqar rayonlarda yerləşən, müxtəlif məhsullar istehsal edən ailə təsərrüfatları üçün nəzərdə tutulub. "Hazırda ISA Dünya Bankı, Yaşıl İqlim Fondu ilə birgə müxtəlif proqramların həyata keçirilməsi üçün vəsaitin yığılmasında iştirak edir", - deyə baş direktor söyləyib.
Ə.Şıxəliyev, öz növbəsində U.Tripatini Azərbaycana səfərə dəvət edib. U.Tripati dəvəti qəbul edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət