Azərbaycanda istifadədə olan proqram təminatlarının 81%-i lisenziyasızdır. Bu barədə Biznes Proqram Təminatı Alyansının (BSA) təqdim etdiyi 2018 Global Proqram Təminatı Piratçılığı üzrə Araşdırmada deyilir.
Lisenziyalaşdırılmamış proqram təminatlarından istifadənin xoşagəlməz nəticələrini daha yaxşı anlamaq üçün BSA 2018 Qlobal Proqram Təminatı Piratçılığı üzrə Araşdırma: PT İdarəçiliyi, Təhlükəsizlik Zəmanəti, Biznesİmkanı (2018 Global Software Survey: Software Management: Security Imperative, Business Opportunity) adlı sorğunu təqdim edib. Sorğuda dünyanın 110-dan çox ölkə və regionlarında fərdi kompüterlərdə quraşdırılmış lisenziyasız proqram təminatlarının həcmi və dəyərinin miqdarı müəyyən edilib və istehlakçılardan, işçilərdən və İnformasiya texnologiyaları üzrə məsul məlumat mütəxəssislərindən (CİO) alınan 23 min rəy də öz əksini tapıb.
Araşdırmanın nəticəsi olaraq, Azərbaycanda kompüterlərdə quraşdırılan proqram təminatlarının 81%-i lazımi qaydada lisenziyalaşdırılmayıb. Araşdırmaya görə, BSA-nın 2016-cı ildə apardığı sorğunun nəticəsi ilə müqayisədə 3% azalma müşahidə olunur.
BSA tövsiyə edir ki, Azərbaycanda kiberhücümların riskini azaltmaq və mənfəəti artırmaq məqsədilə şirkətlər öz şəbəkələrində proqram təminatını yoxlamalı və lisenziyasız proqram təminatının istifadəsini dayandırmalıdırlar.
“Lisenziyasız proqram təminatının istifadəsində cüzi müsbət dəyişikliklər olsa da, hələ də geniş yayılıb. Fərdi kompüterlərdə quraşdırılan lisenziyasız proqram təminatları 37% olaraq hələ də həyəcanlı səviyyədə bütün dünyada geniş miqyasda istifadə olunur və bu rəqəm 2016-cı ilə nisbətən cəmi 2%-lik dərəcə səviyyəsində azalıb”, - deyə icmalda qeyd olunur.
Lisenziyasız proqram təminatlarının istifadəsindən dəyən zərər bütün dünyadakı şirkətlər üçün 359 mlrd. ABŞ dolları məbləğindədir. Araşdırmalar nəticəsində məlum olub ki, təşkilatlar etibarlı proqram təminatı aktivlərinin idarəçiliyi ilə (SAM) bağlı proqramları və proqram təminatı lisenziyalarının səmərəli idarə olunmasına dair müvafiq proqramdan istifadə etməklə proqram təminatları ilə bağlı xərclərində illik 30%-ə qədər qənaət edə bilərlər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət