Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Vergilər Nazirliyi yük daşımaları sahəsində vergi tutulması mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə məsləhətləşmələr aparır. Bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov deyib.
“Sərnişin və yük daşımaları sahəsində vergi tutulması mexanizmlərinin təkmilləşdirilməsi məqsədi iləVergilər Nazirliyi ilə məsləhətləşmələr aparılır. Bu sahədə müasir informasiya vəkommunikasiya texnologiyalarından istifadə etməklə vergilərin tam məbləğdə və vaxtında yığılması, vergidən yayınma hallarına qarşı nəzarətin gücləndirilməsi nəzərdə tutulur”, - deyə o bildirib.
Xidmət rəisinin sözlərinə görə, avtonəqliyyat sahəsində dövlət tənzimlənməsinin və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə bir sıra normativ-hüquqi aktlar hazırlanıb və aidiyyəti orqanlara təqdim olunub.
H.Həsənov qeyd edib ki, yeni konsepsiya müasir informasiya texnologiyalarından daha geniş istifadəni, xidmətlərin elektronlaşdırılmasını, strukturun şəffaflığının təmin edilməsini, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsini, vətəndaş və məmur arasında əlaqəni minimuma endirməyi nəzərdə tutur.
Bundan başqa, o deyib ki, avtonəqliyyat vasitələri parkının yenilənməsi və növbəti beş il ərzində avtomobillərin orta istismar müddətinin təxminən 10 ilə endirilməsi məqsədilə kompleks tədbirlər planı hazırlanıb. Hazırlanmış təkliflərdə daşıyıcıları, o cümlədən azgəlirli müntəzəm sərnişin marşrutlarında fəaliyyət göstərən sahibkarları öz nəqliyyat vasitələri parkını yeniləməsinə təşviq etmək üçün bir sıra stimullaşdırıcı tədbirlər görüləcək.
Xidmət rəisi əlavə edib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində avtobusların, minik avtomobillərinin, taksilərin və sərnişinlərin, o cümlədən ölkəmizə gələn turistlərin təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi məqsədilə yenidənqurma işləri görülür və bu işlərin tezliklə yekunlaşdırılması nəzərdə tutulur. Şəhərlərarası sərnişin daşımalarında vahid onlayn (elektron) bilet satışı sisteminin təkmilləşdirilməsi ilə bağlı işlər aparılır.
O deyib ki, beynəlxalq yük daşımalarında iştirak edən yerli daşıyıcıların ölkəmizin geniş nəqliyyat-logistika imkanlarından istifadəsi qənaətbəxş deyil. Yerli daşıyıcılar tərəfindən beynəlxalq daşımalarda təxminən 2000 avtonəqliyyat vasitəsi istismar olunur ki, bunun da yalnız 1239-u müasir tələblərə cavab verir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət