Azərbaycanın müdafiə naziri Zakir Həsənov Naxçıvanda 11 min hektar ərazinin erməni işğalından azad edilməsi faktını təsdiq edib.
“Bu, ordumuz tərəfindən həyata keçirilən taktiki vacib əməliyyatdır. Nəticələrindən razıyam. Əsas odur ki, Laçına gedən yolu nəzarətə götürdük”, - Z.Həsənov çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Nazirin sözlərinə görə, Naxçıvan cəbhəsində Qızılqaya-Günnüt əməliyyatı zamanı 11 min hektar ərazi azad olunub.
“Bu, 25 ildən artıq işğal altında olan ərazilərimizdir, biz onları azad etdik”, - Z.Həsənov əlavə edib.
Mayın sonu-iyunun əvvəlində bir sıra yerli mətbu nəşr Naxçıvan Muxtar Respublikasında ərazilərin azad edilməsinə dair uğurlu əməliyyatın həyata keçirilməsi barədə məlumat verib.
Bu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və kəndin ətrafındakı Xunut (2065 m), Qızılqaya (1683 m), Mehridağ (1869 m) yüksəklikləri Azərbaycan bölmələrinin nəzarətinə keçib. Bundan əlavə, bölmələrimiz Dərələyəzdə (hazırda Ermənistanın Vayonts-Dzor vilayətinin hissəsi) Arpa kəndini atəş nəzarətinə alıb. Eyni zamanda, Xunut sərhəd dağında Azərbaycanın yeni mövqeləri Ermənistan tərəfinin strateji M2 trasına (İrəvan-Qoris-Xankəndi) nəzarət edir. Bütün azad olunan məntəqələrdə Azərbaycan bölmələri tərəfindən yeni mövqelər qurulub. Həmin mövqelərə 50 km uzunluğunda yeni yollar çəkilib. Bərpa olunan yolların uzunluğu da təxminən eynidir.
Fəal hərbi əməliyyatlar və düşmənlə atışma praktiki olaraq baş verməyib. Azərbaycan tərəfindən mayın 20-də sıravi Adil Əli oğlu Tatarov həlak olub. Yaralılar barədə məlumat verilmir. Texnika itkisi olmayıb. Ermənistan tərəfindən mayın 22-də sıravi Martin Xaçatryan həlak olub. Yaralılar barədə məlumat verilmir. Bütün əməliyyat mühəndislik işlərinin intensiv silsiləsi və Azərbaycan bölmələrinin öncədən nəzərdə tutulan məntəqələrə bir anda irəliləməsindən ibarət olub. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət