Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC Bakı və regionlarda malik olduğu infrastrukturunu genişləndirir.
Şirkət tərəfindən bu istiqamətdə şəbəkə yenilənməsi, infrastruktunun dayanıqlılığının daha da artırılması üçün müvafiq işlər həyata keçirilir.
Görülən tədbirlərin məqsədi müasir DWDM texnologiyasına əsaslanan şəbəkənin dayanıqlılığının və ötürmə həcminin daha da artırılması, internet servis provayderlərinə və korporativ müştərilərə təqdim olunan çeşidli telekommunikasiya xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi və eləcə də dünya informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni yanaşmaların ölkəmizdə tətbiqidir. Bu məqsədlə “AzerTelecom” artıq ölkə üzrə müxtəlif regionlarda texniki istiqamətli layihələr həyata keçirir ki, bu layihələrin icrası nəticəsində də şirkətin malik olduğu infrastruktur daha da möhkəmləndirilir, xidmət səviyyəsi isə artmaqdadır.
Qeyd edək ki, şirkət tərəfindən həyata keçirilən tədbirlər korporativ müştərilərin təqdim olunan müasir telekom xidmətləri ilə etibarlı şəkildə təmininə şərait yaradır. “AzerTelecom” MMC-nin fiber-optik kabel şəbəkəsi Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün əsas bölgələrini və şəhərlərini əhatə edir. Şirkətin beynəlxalq şəbəkəsi isə etibarlı və nüfuzlu beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etməklə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir.
“AzerTelecom" MMC barədə:
“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (https://www.linkedin.com/company/azertelecom) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət