Mövcud iqtisadi şəraitdə kommersiya risklərinin azaldılması və hesablaşmaların güvənliyi korporativ müştərilər üçün aktual mövzudur. Şirkətlər tərəfindən bu məhsula göstərilən maraq və bu sahədə aparılan əməliyyatların sabit artan dinamikası müasir hesablaşma formalarına keçid tendensiyasını təsdiqləyir.
Ötən ilin analoji dövrü ilə müqayisədə 2018-ci ilin 1-ci rübündə “Bank Respublika”nın sənədli əməliyyatlar üzrə portfeli 2 dəfə, əməliyyatların sayı isə 3 dəfə artmışdır.
Bank Respublika öz müştərilərinin xarici iqtisadi müqavilələrinə xidmət göstərmək sahəsində zəngin təcrübəyə malikdir. Azərbaycanın ən sabit banklarından biri kimi Bank Respublika nüfuzlu xarici partnyor-bankları ilə müştərək müştərilərə aşağıdakı sahələr üzrə sənədli əməliyyatlar üzrə əməkdaşlıq təklif edir:
· bank zəmanətlərinin bütün növləri
· sənədli akkreditivlər
· rezerv (stand-by) akkreditivləri
· sənədli inkasso
Beynəlxalq ticarətin Bank Respublikada maliyyələşdirilməsinin üstünlükləri:
· Bank Respublikanın partnyorları olan birinci dərəcəli xarici bankların təsdiqnaməsindən istifadə imkanı
· Ticarətin maliyyələşdirməsinin qiyməti orta hesabla ənənəvi kreditləşmədən çox ucuz başa gəlir.
· Çərçivə razılaşmasına əsasən bank zəmanətlərinin bir neçə dəfə verilməsi imkanı
· Əməkdaşlıq və xidmətin göstərilməsi üzrə şərtlər müəyyən edilən zaman individual yanaşma
· Ticarətin maliyyələşdirilməsi və əməliyyatların aparılması məsələləri üzrə müştərilərə pulsuz məlumat məsləhət dəstəyi verilir.
· Bank zəmanəti olduqda Müştəri (Alıcı) avans ödəmir, beləliklə də o, öz maliyyə vəsaitlərini daha effektiv istifadə edə bilər.
«Sənədli əməliyyatların aparılması üzrə illər ərzindəqurulmuş texnologiya Bank Respublika tərəfindən akkreditivləri ən qısa müddətdə açmaq imkanı verir. Ölkə üzrə xidmət göstərən geniş filial şəbəkəsi sayəsində isə hesablaşmaların bir çoxu vahid maliyyə strukturu daxilində həyata keçirilir. Bunun hesbına razılaşma üzrə ümumi xərclər azalır, əməliyyatlar isə daha oprativ yerinə yetirilir. Bir qayda olaraq, akkreditivi ilk dəfə tətbiq edən müştəri gələcəkdə də bu hesablaşma formasına üstünlük verir », - deyə bankın Korporativ Satışlar Departamentinin rəhbəri Sadiq İbadov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi saytı və facebook səhifəsindən əladə etmək olar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət