Neftin bir barelinin baza qiymətinin $55-dək artırılmasından Azərbaycanın dövlət büdcəsinin mənfəət vergisi üzrə əlavə gəliri 500 mln. manat təşkil edəcək. Bunu maliyyə naziri Samir Şərifov deyib.
“2018-ci il dövlət büdcəsində neftin bir barelinin satış qiyməti $45 səviyyəsində təsdiq olunub. Bu gün müzakirə etdiyimiz büdcə düzəlişlərində neftin bir barelinin baza qiymətinin $55-dək artırılması nəzərdə tutulur. Nəticədə PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 500 mln. manat təşkil edəcək”, - S.Şərifov cümə günü Mili Məclisin İqtisadi siyasət,sənayevə sahibkarlıq komitəsinin iclasında bildirib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda PSA tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə daxilolmalar 500 mln. manat məbləğində proqnozlaşdırılır.
Beləliklə, 2018-ci ildə həmin şirkətlərdən mənfəət vergisi üzrə daxilolmalar 1 mlrd. manat səviyyəsində gözlənilir.
S.Şərifov vurğulayıb ki, cari ilin yanvar-may aylarında neftin bir barelinin orta qiyməti $71,5 təşkil edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət