Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin hesab edir ki, Rusiya parlamentinin aşağı palatasının nümayəndə heyətinin Bakıya səfəri iki ölkənin parlamentlərarası münasibətlərinin inkişafına təkan verəcək, eləcə də regionlararası əməkdaşlığı möhkəmləndirəcək.
Dövlət Dumasının nümayəndə heyəti V.Volodinin başçılığı ilə Azərbaycanda rəsmi səfərdədir. Parlament üzvləri artıq Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. Nümayəndə heyətinin tərkibinə Dövlət Dumasının vitse-spikeri Sergey Neverov, Dövlət Dumasının MDB işləri üzrə Komitəsinin sədri Leonid Kalaşnikov, Dövlət Dumasının Energetika Komitəsinin sədri Pavel Zavalnıy daxildir.
"Parlamentlərarası münasibətlərdə inkişafın potensialı var və hesab edirik ki, parlament ölçüsü ölkələrimiz arasında münasibətlərin qurulması üçün daha çox imkan yaratmalıdır. Ümid edirik ki, səfərin yekunu olaraq münasibətlərimizi parlament ölçüsü çərçivəsində regionlararası səviyyəyə çıxarmağa kömək edəcək və bütovlükdə xalqlarımız arasında əlaqələrin inkişafına təkan verəcək razılaşmalar əldə olunacaq”, - deyə V.Volodin AZTV-yə müsahibəsində bildirib. O xatırladıb ki, bu, 7-ci çağırış Dövlət Dumasının nümayəndə heyətinin Bakıya birinci səfəridir.
V.Volodin qeyd edib ki, Dövlət Dumasında gələn il regionlararası əməkdaşlıq çərçivəsində konfransın keçirilməsini mümkün hesab edirlər. "Bu məsələni müzakirə edəcəyik. Biz profil komitələrimizin işin aktivləşdirilməsi ilə bağlı qərarını dəstəkləyirik", - deyə sədr vurğulayıb.
Onun sözlərinə görə, RF və Azərbaycan parlamentləri dövlət başçılarının qərarlarının qanunvericilik yolu ilə təminatı üçün çox iş görməlidir.
"Bilirsiniz ki, dövlət başçılarımız kifayət qədər tez-tez görüşürlər, onlar taleyüklü məsələləri, o cümlədən münasibətlərimizin inkişafına dair məsələləri müzakirə edirlər. Parlamentlərin vəzifəsi – Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev səviyyəsində qəbul edilən qərarların qanunvericilik yolu ilə təminatından ibarətdir. Buna görə sözügedən məsələ də bizim işimizdə prioritet təşkil edir", - deyə rusiyalı siyasətçi vurğulayıb.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət