Azərbaycanın Pakistanda Ticarət Evi açıla bilər. Bunu iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.
“Biz bu imkanı istisna etmirik. Lakin indiyədək bizə bu cür təkliflər daxil olmayıb”, - R.Məmmədov çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Pakistan Azərbaycan üçün vacib tərəfdaşdır. “Buna görə bu ölkənin bazarı bizim üçün maraq kəsb edir. Əgər Pakistan tərəfindən təklif daxil olarsa (Ticarət Evinin açılmasına dair - İF), biz məmnunluqla ona baxarıq”, - R.Məmmədov qeyd edib.
Çərşənbə günü Bakıda keçirilən Azərbaycan-Pakistan biznes konfransı zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının (RCCİ) arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumu Azpromo tərəfindən fondun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və RCCİ-nin prezidenti Zahid Lətif Xan imzalayıblar.
Hazırda Minsk (Belarus) və Kiyevdə (Ukrayna) Azərbaycan Ticarət Evləri fəaliyyət göstərir. 2018-ci ilin iyul ayının sonunda Riqada (Latviya) Ticarət Evinin açılması planlaşdırılır. Bundan başqa, BƏƏ və Rusuyida Ticarət Evinin açılması nəzərdə tutulur. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət