Elektrik enerjisinin təminatında yaranmış fasilələrlə əlaqədar olaraq, “Nar” abunəçilərin kəsintisiz və yüksəkkeyfiyyətli rabitə xidmətləri ilə təmin edilməsi üçün zəruri addımlar atıb. Son iki gün ərzində operatorun və tərəfdaş şirkətlərin texniki heyəti sahə və ofislərdə növbə ilə 24/7 rejimində çalışır. Mobil xidmətlərin sabitliyini təmin etmək üçün sahələrdə generatorlardan istifadə olunur. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində “Nar” 2G/3G/4G şəbəkələrinin müvafiq stabillik göstəricisi təmin edib.
Qeyd edək ki, iki gün öncə başlayan elektrik enerjisi kəsintilərinə baxmayaraq, “Nar” şəbəkəsinin əksər hissəsi bütün ölkə ərazisində abunəçilərə xidmət göstərməyə davam edib. Mobil rabitə xidmətlərinin göstərilməsində çətinliklərin yaşanmaması məqsədilə paytaxt və bölgələrdə mövcud olan bütün resurslar səfərbər edilib, şəbəkənin normal rejimdə fəaliyyəti təmin edilib. “Nar” bu kimi vəziyyətlərdə yarana biləcək çətinliklərin qarşısının alınması üçün önləyici tədbirlər görməyə davam edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət