Natalya Əliyeva Caspian European Club-un sədrininbeynəlxalq informasiya layihələrin inkişafı üzrəmüavini təyin edilib. Natalya Əliyeva Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktorudur. Caspian Energy jurnalının ilk nömrəsi 1999-cu il mayın 28-də işıq üzü görüb. Jurnalın nəşrində məqsəd Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkmənistan, Gürcüstan və Türkiyənin beynəlxalq əhəmiyyətli layihələrinə informasiya dəstəyi göstərmək, inteqrasiya informasiya layihələrini həyata keçirmək və region dövlətlərinin iqtisadiyyatının investisiya cazibədarlığına dəstək verməkdən ibarətdir.
Bu müddət ərzində Caspian Energy müstəqil informasiya nəşri dünya əhəmiyyətli beynəlxalq brendə çevrilib.
Natalya Əliyeva 1973-cü il 27 mart tarixində Bakıda anadan olub. 1990-cı ildə 164 saylı orta məktəbi bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis ixtisası üzrə təhsil alıb.
1994-cü ilin iyun ayında ANS teleradio yayım şirkətində ştatdankənar müxbiri vəzifəsində çalışıb.
Həmin andan bu günə qədər Azərbaycanın neft-qaz strategiyasının, eyni zamanda yalnız Azərbaycan üçün deyil, həm də bütün region üçün əhəmiyyətli olan neft-qaz müqavilələrinin, o cümlədən, əsrin müqaviləsi və “Şah Dəniz” müqaviləsinin həyata keçirilməsini, ümummilli lider Heydər Əliyevin Prezident Aparatında neft-qaz mövzusunda keçirilən bütün görüşlərin işıqlandırılması üzərində çalışıb, bu mövzuda bir sıra eksklyuziv müsahibələr alıb.
1994-cü ilin payızında ANS şirkətinin nəzdində “ANS– Petroleum” həftəlik informasiya-analitik nəşrini yaradıb və dərc edib.
1997-ci ildə "Azer-press"də işə başlayıb, orada “Azer-Press Oil & Gas” analoji neft-qaz həftəliyini yaradaraq, kommersiya əsasına keçirib, paralel olaraq neft-qaz sahəsində eksklyuziv informasiyanın hazırlanması ilə məşğul olub.
1999-cu ilin aprel ayından bu günə qədər "Caspian Energy" Beynəlxalq Media qrupunun baş redaktoru vəzifəsində çalışır.
Enerji şirkətlərinin rəhbərləri və dövlət nazirləri ilə yanaşı, Aİ, ABŞ, Çin, Rusiya, Asiya-Sakit okean və MENA (Middle East North Africa) regionu ölkələrinin dövlət və hökumət başçıları ilə eksklyuziv müsahibələr hazırlayıb.
Bir sıra yerli və beynəlxalq internet layihələrinin, elektron və çap KİV-lərinin yaradıcısı və rəhbəridir
Ailəlidir, iki oğlan övladı var.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət