2018-ci ilin sonunadək Çinin Şanxay şəhərində “Azərbaycan Şərab Evi” açılacaq. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Ş.Mustafayev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşdə bildirib ki, 2017-cı ildə Azərbaycanın Çinlə ticarət dövriyyəsi 20% artaraq 1,3 mlrd. ABŞ dollarına çatıb.
O vurğulayıb ki, hazırda Azərbaycanda Çin kapitallı 110-dan çox şirkət fəaliyyət göstərir. Çin şirkətləri tərəfindən Azərbaycana 800 mln. dollara yaxın investisiya qoyulub.
Nazir əlavə edib ki, Azərbaycan Çinlə tranzit daşımaları, ticarət, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişafında maraqlıdır. “Onun sözlərinə görə, bu ilin sonunadək Çinin Şanxay şəhərində “Azərbaycan Şərab Evi” açılacaq, Pekində və bir sıra digər iri şəhərlərində də ticarət və şərab evlərinin yaradılması nəzərdə tutulur. 2018-ci ilin avqust ayında Urumçi şəhərində keçiriləcək Çin-Avrasiya Sərgisində və noyabrda Şanxayda keçiriləcək “Beynəlxalq İdxal Sərgisi”ndə Azərbaycan nümayəndə heyətinin iştirakı planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
Görüşdə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, maliyyə, humanitar, tranzit, sənaye, yüksək texnologiyalar, turizm sahəsində əməkdaşlığın inkişafı, Ələtdə yaradılan azad ticarət zonasında Çin şirkətlərinin iştirakı və s. məsələlər müzakirə edilib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət