Azərbaycanın 25 ildir Ermənistanla Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparması elə böyük güzəştdir. Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
"Rəsmi Bakı dünya birliyini Azərbaycan ərazilərinin işğalına son qoyması üçün Ermənistana siyasi, diplomatik və iqtisadi təzyiqi artırmağa çağırır. Yalnız bundan münaqişənin həlli üçün siyasi addımlardan istifadə etmək olar”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
XİN rəsmisinin sözlərinə görə, 25 ildir davam edən danışıqlar Azərbaycanın ən böyük güzəştidir.
O vurğulayıb ki, Ermənistan işğal etdiyi torpaqlarda qanunsuz məskunlaşma, eləcə də iqtisadi və digər fəaliyyət həyata keçirir.
"Ermənistan nəhayət başa düşməlidir ki, Azərbaycan ərazilərinin işğalı onun üçün arzu olunan siyasi nəticələrə heç vaxt gətirib çıxarmayacaq, status-kvo isə Ermənistanın özünü təcrid etməsinin və onun sistemli sosial-iqtisadi və demoqrafik böhranının əsas səbəblərindən biridir. İşğala son qoyulması və Ermənstan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması hərtərəfli regional əməkdaşlığa və dayanıqlı sülhə kömək edə bilər”, - deyə H.Hacıyev qeyd edib.
O əlavə edib ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyini beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bərpa etmək hüququnu özündə saxlayır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət