Afrika İttifaqı Azərbaycanla enerji sahəsində əməkdaşlıqda və təcrübə mübadiləsində maraqlıdır. Bu barədə Azərbaycanın Energetika Nazirliyinin məlumatında deyilir.
Energetika naziri Pərviz Şahbazov bu gün Bakıda Afrika İttifaqı Komissiyasının infrastruktur, enerji, İKT və turizm üzrə komissarı xanım Amani Abu-Zeyd ilə görüşdə bu sahədə əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Təmsil etdiyi qurumun enerji sahəsində prioritetlərini açıqlayan komissar Afrika İttifaqı ölkələrində sənayeləşmənin inkişafında enerji ilə tam əhatə olunmanın vacibliyini qeyd edib. Bu məqsədlə Amani Abu-Zeyd Azərbaycanın enerji sektorunun bütün istiqamətləri üzrə əldə etdiyi təcrübə və əməkdaşlıq perspektivləri ilə maraqlanıb”, - deyə məlumatda bildirilir.
Gürcüstan, Türkiyə kimi ölkələrdə həyata keçirilən layihələr, qoyulan sərmayələr, eləcə də Balkan ölkələrinin qazlaşdırılması çərçivəsində nəzərdə tutulan tədbirlər barədə də məlumat verən P.Şahbazov Azərbaycanın enerji sahəsində təcrübəsini Afrika İttifaqı ölkələri ilə bölüşməyə hazır olduğunu bildirib.
“Görüşdə, eyni zamanda, Afrikanın enerji tələbatının ödənilməsi üçün görülməli olan tədbirlər, xüsusilə də enerji resurslarına çıxış üçün regionda sülh, siyasi və iqtisadi sabitliyin təmin edilməsinin vacibliyi ilə bağlı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət