“TBC Bank” Azərbaycandakı biznesini inkişaf etdirmək məqsədilə “Nikoil” İnvestisiya-KommersiyaBankı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu barədə “TBC Bank Group PLC”-nin məlumatında deyilir.
Tərəfdaşlıq aşağıdakıları əhatə edir:
1. “TBC Bank”ın törəmə bankı olan “TBC Kredit”in “Nikoil” İKB ilə birləşməsi. Birləşmədən sonra “TBC Bank” birləşmiş kredit strukturunda 10%-dək pay sahibi olacaq.
2. Birləşmə başa çatdığı halda “TBC Bank” birləşmiş təşkilatın strategiyasının işlənib hazırlanması və icrasına kömək edəcək. “TBC Bank” “Nikoil Bank”ın Şurasında təmsil olunacaq və İKB-nin rəhbərliyi ilə birlikdə şirkətin gələcək inkişafında həlledici rol oynayacaq. “TBC Bank” “Nikoil” İKB-nin məqsədli pərakəndə bazarlar və kiçik və orta biznesin kreditləşdirilməsi sahəsində inkişafına dəstək məqsədilə Gürcüstanın bank sektorundakı təcrübəsini, eləcə də bu yaxınlarda yaradılmış tamamilə rəqəmsal olan “Kosmos” bankının təcrübəsindən də istifadə etmək niyyətindədir.
3. “TBC Bank”, həmçinin 50% + 1 səhmə sahib olmaq məqsədilə birləşmiş təşkilatın əlavə səhmlərinin əldə edilməsi üçün 3 illik koll-opsion alacaq.
"Mən çox şadam ki, “TBC Bank” “Nikoil” İKB-nin tərəfdaşı oldu və səbirsizliklə gələcək əməkdaşlığımızı gözləyirəm. Bu, “TBC Bank” üçün çox mühüm sövdələşmə ola bilər”, - deyə məlumatda “TBC Bank”ın baş direktoru Vaxtanq Butsrikkidzeyə istinadən bildirilir.
"Biz Gürcüstanın aparıcı bankı olan və müştərilərlə iş və rəqəmsal imkanlarına görə öndə gedən “TBC Bank”la tərəfdaşlıq haqqında saziş imzalamağa çox şadıq. Biz birlikdə Azərbaycan biznesi və əhalisinə ən müasir xidmətləri təqdim edəcəyik", - deyə “Nikoil Bank”ın baş direktoru Nikoloz Şurqayya qeyd edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət