“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın bank sektorunda problemlərin qaldığını və onun zəif olduğunu qeyd edir. Bu barədə agentliyin məlumatında deyilir.
"Azərbaycanın bank sektoru zəif olaraq qalır ki, bu da Fitch Bank System Indicator (BSI) üzrə “ccc” göstəricisinə uyğundur", - deyə məlumatda bildirilir.
2018-ci ilin aprel ayında bak sektorunda kapitalın kifayətliliyi göstəricisi 2017-ci ilin sonuna olan 18,4%-dən 17,2%-ə enib (Azərbaycan Beynəlxalq Bankı nəzərə alınmadan), qeyri-işlək kreditlər mayın əvvəlinə 21%-dək artıb, rentabelliklə bağlı problemlər var.
“Fitch”in qiymətləndirmələrinə görə, cari ilin aprel ayında bank sektoru üzrə xalis açıq valyuta mövqeyi (ABB nəzərə alınmadan) 1,5 mlrd. manat (ÜDM-nin 1,8%-i) təşkil edib.
Bununla yanaşı, “Fitch” 2017-ci ildə xarici öhdəliklərin restrukturlaşdırılmasından sonra ABB-nin kapitallaşmasının və aktivlərinin keyfiyyətinin yaxşılaşdığını qeyd edir. "Lakin bu ilin I rübündə bankın $1,2 mlrd. (ÜDM-nin 2,5%-i) məbləğində xalis açıq valyuta mövqeyinin bağlanması Azərbaycan hökuməti üçün əlavə xərclərin yaranmasına səbəb ola bilər", - deyə məlumatda vurğulanır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət